Loading...
Loading...
SEÇMƏ

Mişel yenə Əliyevlə Paşinyanı görüşdürəcək

Yayımlandı: 25 Avqust 2022 13:43

Ölkə rəhbərlərinin Brüsselə səfəri gözlənilir

Avqustun 31-də Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyan, Azərbaycan Prezidenti İlham ƏliyevAvropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında üçtərəfli görüşün keçirilməsi planlaşdırılır.

Bu barədə “Armenpress”ə Ermənistan Baş nazirinin aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Azərbaycanın rəsmi qurumları hələ ki hər hansı təsdiqləyici açıqlama verməyiblər.

Tərəflər sonuncu dəfə mayın 22-də görüşüblər.

Görüşdən bir gün sonra Şarl Mişel keçirdiyi mətbuat konfransında deyib ki, müzakirələr zamanı bütün məsələləri nəzərdən keçiriblər.

Elə həmin konfransda Şarl Mişel iyul-avqust aylarına qədər eyni formatda yenidən görüşəcəklərini də bildirmişdi.

22 may təması Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin tərəflərlə bu formatda üçüncü görüşü idi.

Meydan TV

Gözdən qaçırmayın:  Aİ-92 markalı benzinin aksiz dərəcəsi artırılıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button