2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Mişustin Bakıya iki günlük səfərə gəlir

Rusiyanın baş naziri Mixail Mişustin martın 5-də Azərbaycana iki günlük işgüzar səfərə gəlir.

RF hökumətinin mətbuat xidmətinin məlumatına görə, səfər zamanı Mişustin prezident İlham Əliyev və baş nazir Əli Əsədovla görüşlər keçirəcək.

Danışıqlar zamanı Rusiya-Azərbaycan ticari-iqtisadi əməkdaşlığının inkişafı ilə bağlı məsələlər kompleksinə nəzər salınması planlaşdırılır.

Saytların yığılması Saytlarin yigilmasi

“Energetika, nəqliyyat, sənaye, mədəniyyət-humanitar və digər sahələrdə birgə layihələrin təşviqinə xüsusi diqqət yetiriləcək. Görüşlərin və danışıqların yekunlarına görə bir neçə hökumətlərarası və idarələrarası sənədlərin imzalanacağı gözlənilir”, deyə məlumatda bildirilir.

TASS agentliyinin məlumatına görə, Azərbaycanda Rusiya iştirakı olan 1,4 mindən çox müəssisə fəaliyyət göstərir, onların 300-ə yaxını 100% Rusiya sərmayəsinə malikdir. 2023-cü ildə RF-nin Azərbaycan iqtisadiyyatına birbaşa investisiyaları 295 mln. dollar təşkil edib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button