2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Modul tipli… korrupsiya

Prezident İlham Əliyev Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında cəmi 1332 şagird yerlik modul tipli 22 məktəbin quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 6 870 000 (altı milyon səkkiz yüz yetmiş min) manatı Təhsil Nazirliyinə ayrılsın.

Bu sərəncamı dövlətin təhsilə qayğısı kimi də başa düşmək olar. Ancaq aradan bu qədər illər keçəndən sonra ölkədə bir belə məktəbin tikintisinə ehtiyac olduğunun ortaya çıxması, əslində, analoqsuz iqtisadi inkişafla bağlı deyilənlərin üstündən çalın-çarpaz xətt çəkir. Hakimiyyət xarici ölkələrdə məktəblərin, uşaq bağçalarının tikintisinə, kilsələrin bərpasına, parklar salınmasına, heykəllər qoyulmasına daha çox vəsait ayırıb, nəinki ölkənin gələcəyi olan uşaqların normal təhsil alması üçün onlara. Son sərəncamla 22 kənddə modul tipli məktəb tikintisi planlaşdırılıb. Bunlardan beşi ibtidai məktəblərdir. Görünür, bu kəndlərdə məktəb adına, ümumiyyətlə, nəsə olmayıb. Tikiləcək ən böyük məktəb 96 şagird yerlik, ən kiçiyisə 20 şagird yerlik olacaq. 96 şagird yerlik məktəb üçün 425 min manat, 20 şagird yerlik 3 məktəbin tikintisinə Syəzəndə 180 min manat, Şabranda və Qubada isə 230 min manat xərclənəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Maraqlıdır ki, bir neçə il qabaq hakimiyyət regionlarda daha çox modul tipli sutəmizləyici qurğular qurardırırdı, görünür, modul tipli məktəb daha sərfəlidir…

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button