2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Moldovada prezidenti aşırmaq cəhdi

Moldovada prezident İqor Dodonun istefaya göndərilməsi üçün imza toplanmağa başlayıb. Kampaniyanın təşkilatçısı Liberal Partiyadır. Sənədə ilk imzanı da bu partiyanın sədri Mixay Gimpu atıb.
Mixay Gimpu mayın 18-də bəyan edib ki, İqor Dodon ölkənin konstitusiyasını və qanunlarını pozur. Partiya sədri prezidenti separatçı Dnestryanı bölgəsinin liderini seçkidə qələbə münasibətilə təbrik etməkdə, ölkəni federallaşdırmağa çalışmaqda, bu il mayın 9-u Moskvada keçirilən hərbi paradda iştirak etməkdə günahlandırıb.
O, İqor Dodonun ölkəni yenidən Rusiyanın təsiri altına düşməsi təhlükəsi ilə üz-üzə qoyduğunu vurğulayıb, qeyd edib ki, Avropa İttifaqı ilə assosiasiya sazişi qüvvədə ola-ola İqor Dodon Moldovanın Avrasiya İqtisadi İttifaqında müşahidəçi status alması barədə sənəd imzalayıb.
Partiya lideri prezidenti Moldovanın maraqlarını güdaza verməkdə, seçiciləri aldatmaqda ittiham edib: “İqor Dodon xalqa pensiya və əməkhaqqı vəd edib. İndi isə Hitler, Napoleon və Stalin kimi səlahiyyətlər əldə etmək istəyir”.
Moldovada prezidenti istefaya göndərmək təşəbbüsünü 101 yerlik parlamentin deputatlarının üçdə biri irəli sürə bilər. Dövlət başçısının səlahiyyətlərinin alınması üçün deputatların üçdə ikisinin səsi gərəkdir, bu halda referendum keçirilməlidir.
Rusiyaya yaxınlığı ilə tanınan Sosialist Partiyasının lideri İqor Dodon ötən il noyabrın 13-də Moldova prezidenti seçilib.
Bu il aprelin 3-də Moldova Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlıq memorandumu imzalayıb. Memorandum Avrasiya İqtisadi İttifaqı ilə Moldova arasında qarışlıqlı əlaqələr qrupunun yaradılmasını nəzərdə tutur. Sənəd Avrasiya İqtisadı İttifaqı ölkələri ilə Moldova arasında qarşılıqlı ticarət və sərmayə əməkdaşlığı həcminin artırılmasına dəstək məqsədi daşıyır.
Parlament respublikası olan Moldova assosiasiya sazişi və azad ticarət müqaviləsi ilə Avropa İttifaqına bağlıdır.
2014-cü ildə yaradılmış Avrasiya İqtisadi İttifaqına Rusiya, Qazaxıstan, Belarus, Ermənistan və Qırğızıstan daxildir.
Moldovanın Dnestryanı bölgəsi 1990-cı illərin əvvəllərində ölkədən ayrıldığını elan edib. Bununla bağlı yaranan silahlı münaqişədə Rusiya qoşunları separatçı rejimin tərəfini tutub. O zamandan qondarma rejimi Rusiya ordusu qoruyur. (novator.az)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button