2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Moskva hücumu: Rusiya ABŞ-ın “ekstremist” hücumları xəbərdarlığına məhəl qoymayıb?

ABŞ-ın öz vətəndaşlarına ünvanladığı 7 mart xəbərdarlığı qeyri-adi dərəcədə detallı idi. O, “ekstremistlərin” “Moskvada böyük toplantıları hədəfə almağı planlaşdırdığına” dair xəbərlərdən danışıb və konkret olaraq konsertlərdən bəhs edib.

ABŞ şəhərdəki amerikalılara qarşıdakı 48 saat ərzində böyük yığıncaqlardan çəkinməyi tövsiyə edib.

Saytların yığılması Saytlarin yigilmasi

“ABŞ hökuməti uzun müddətdir davam edən “xəbərdarlıq vəzifəsi” siyasətinə uyğun olaraq, bu məlumatı Rusiya səlahiyyətliləri ilə paylaşdı”, – hücumdan sonra ABŞ-dan olan bir rəsmi bildirib.

Xüsusən mülki şəxslərə qarşı mümkün hücumlara aid olduqda kəşfiyyat məlumatlarının ölkələr arasında, – hətta müttəfiq olmayanlar arasında da- bölüşdürüldüyü kanallar var.

Ancaq problem ondadır ki, Moskva xəbərdarlıqlara məhəl qoymayıb.

Hücumdan üç gün əvvəl Rusiya Prezidenti Vladimir Putin işi ölkəni müdafiə etmək olan Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) rəhbərliyi qarşısında çıxış edib. O, təhlükəsizlik xidmətinin rəhbərlərinə bildirib ki, əsas prioritet “xüsusi hərbi əməliyyat”ı dəstəkləməkdir. “Xüsusi hərbi əməliyyat” Ukraynayın genişmiqyaslı işğalı üçün işlədilən rəsmi ifadədir.

O, Ukraynanın “terror taktikası”na keçdiyini iddia edib. Prezident Rusiya daxilində potensial hücumlarla bağlı Qərbin “təxribat xarakterli bəyanatları”ndan da danışıb. Putin deyib ki, xəbərdarlıqlar “açıq şantaj və cəmiyyətimizi qorxutmaq və sabitliyi pozmaq niyyətinə bənzəyir”.

Yaranmış vəziyyətə görə, ABŞ və Rusiya arasında etimadsızlıq o anlama gəlir ki, bəlkə də Moskva dinləmək istəməyib və əksinə, xəbərdarlıqları Ukrayna müharibəsinə görə Rusiyanı təhdid etmək cəhdinin bir hissəsi kimi görüb.

Biz ABŞ-ın malik olduğu və ya ötürdüyü məlumatların dəqiq mahiyyətini və ya nə dərəcədə aydın olduğunu hələ bilmirik. Kəşfiyyat çox vaxt qeyri-müəyyən ola və məlumat əsasında hərəkət etmək çətin ola bilər.

Lakin ABŞ-ın geniş kəşfiyyat məlumatı toplama resursları var və İD-ni yaxından izləyir. Moskva hücumunda şübhəli bilinən qrup, həmçinin 2021-ci ilin avqustunda Kabul hava limanında ABŞ qüvvələri və mülki şəxslərə, eləcə də İraqda baş verən ölümcül hücumlarla əlaqəli idi.

Ancaq Rusiya ilə paylaşılan kəşfiyyat məlumatı İD haqqında etibarlı və konkret idisə, onda FSB və cənab Putin bunu niyə daha ciddi qəbul etmədiklərinə görə çətin bir vəziyyətə düşmüş kimi görünə bilərlər.

Əgər belədirsə, Moskva üçün fürsəti əldən verdiklərini qəbul etməkdənsə, günahı öz üzərindən ataraq hücumu bir şəkildə Ukrayna ilə əlaqələndirib Rusiyanın burdakı fəaliyyətinə dəstək tapmaq daha asan ola bilər.

BBC

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button