Loading...
Loading...
Xəbərlər

Moskva yenidən Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında vasitəçilik təklif edir

Moskva/29.12.21    Moskva münasibətlərin normallaşdırılması ilə bağlı Türkiyənin barış əhval-ruhiyyəsini alqışlayır, Rusiya  Xarici İşlər Nazirliyi rəhbərinin müavini Andrey Rudenko RİA Novosti-yə müsahibəsində bildirib.

Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, şübhəsiz ki, regionda ümumi vəziyyətin yaxşılaşmasına səbəb olardı. Bu baxımdan son zamanlar Ankara və Yerevanın ikitərəfli dialoqa başlamaqla bağlı fəal şəkildə nümayiş etdirdikləri əhval – ruhiyyəni alqışlayırıq”, – Rudenko deyib.

Rusiya bu dialoqda Ermənistanla Türkiyə arasında vasitəçi olmağa hazırdır”, – o qeyd edib.

“Bununla yanaşı, ilkin şərtlərin irəli sürülməsindən imtina etməyi, tədricən inamın və mehriban qonşuluq mühitinin formalaşmasına gətirib çıxara biləcək qarşılıqlı məqbul mövzulara və addımlara diqqət yetirməyi vacib hesab edirik”, –  o deyib.

Xatırladaq ki, Ermənistan-Türkiyə barışıq komissiyasının ilk iclasının Moskvada keçirilməsi təklif edilib. Lakin Ankara ikitərəfli görüşü vasitəçilərsiz keçirməyi təklif edib.02D-

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Ukrayna şərtləri açıqladı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button