2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Moskva yenidən Bakı və Yerevanı təmkinli olmağa çağırıb

Moskva/30.07.21 /Òuran:  Moskva bu yaxınlarda Ermənistan- Azərbaycan sərhəddində baş verən insidentlərdən ciddi narahatdır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksandr Bikantovun cümə günü yayılan şərhində deyilir.

“Bu yaxınlarda Azərbaycan-Ermənistan sərhəddinin ayrı-ayrı sahələrində baş vermiş insan tələfatına səbəb olmuş silahlı insidentlərdən ciddi narahatıq. Həlak olanların ailələrinə başsağlığı verir, xəsarət alanlara və yaralananlara şəfa diləyirik”, – məlumatda deyilir.

Moskva Azərbaycanla Ermənistanı sərhəddə vəziyyətin daha da deqradasiyası ilə nəticələnə biləcək istənilən addımdan çəkinməyə çağırır.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, Azərbaycan-Ermənistan sərhəddində vəziyyət gərgin olaraq qalır. “Tərəfləri vəziyyətin daha da deqradasiyası ilə nəticələnəcək hərəkətlərdən çəkinməyə, yaranmış bütün problemləri siyasi-diplomatik yolla həll etməyə çağırırıq”, – Xarici İşlər Nazirliyindən bildiriblər. -02D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button