SEÇMƏ

Mövsüm Səmədovun həbs müddəti bitdi, azadlığa çıxdı

Yayımlandı: 19 Yanvar 2023 15:20

12 il həbsdə yatan partiya sədri dövlət çevrilişində ittiham olunurdu

2011-ci ilin yanvarından həbsdə olan Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov yanvarın 19-da azadlığa buraxılıb. Ona verilmiş 12 il azadlıqdan məhrumetmə cəzasının müddəti başa çatıb. Mövsüm Səmədov saxlandığı 7 saylı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.

Mövsüm Səmədov 2011-ci ilin yanvarında dövlət çevrilişinə cəhd ittihamıyla həbs olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə barəsində hökm çıxarılmışdı. İddia olunurdu ki, İslam Partiyasının sədri Quba rayonunda yaşayan əmisi oğlu və başqa şəxslərə iğtişaşlar törətmək, ictimai təhlükəsizliyi pozmaq, insanları cihada təhrik etmək barədə tapşırıqlar verib, bu barədə hüquq-mühafizə orqanlarına məlumatlar daxil olub. Həmçinin onlardan silahlar tapılıb.

Lakin Mövsüm Səmədov və digər şəxslər bu ittihamların saxta və absurd olduğunu bildirir, bunu təsdiqləyən heç bir sübut ortaya qoyulmadığını deyirdi.

Meydan TV

Gözdən qaçırmayın:  NATO rəsmisi: Putin Ukrayna ilə uzunmüddətli müharibəyə hazırlaşır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button