2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

MSK referendum bülletenlərinin çapına başladı

26 sentyabrda keçiriləcək referendumla (ümumxalq səsverməsi) əlaqədar bu gün Milli Məclisin mətbəəsində səsvermə bülletenlərinin çapına başlanıb.

24saat.org-un xəbərinə görə, səsvermə bülletenləri və onların çap olunması ilə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov və MSK üzvləri yaxından tanış olublar.

Saytların yığılması Saytlarin yigilmasi

 

Məzahir Pənahov deyib ki, referendumla bağlı səsvermə bülletenlərinin mətni, forması, sayı, hazırlanma qaydalarına dair tələblər MSK tərəfindən müəyyənləşdirilib və 5 milyon 280 min 924 ədəd bülleten çap olunması qərara alınıb.

 

Səsvermə bülletenləri çap olunaraq qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə MSK-dan dairə seçki komissiyalarına, dairə seçki komissiyalarından isə məntəqə seçki komissiyalarına veriləcək. Eyni sayda bildiriş də çap olunacaq.

 

MSK sədri M. Pənahov deyib ki, ilkin olaraq bülletenlər ucqar dairələrə göndəriləcək.

 

Bülletenlərin çapı prosesinin mühafizəsi Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button