2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“MTN-də qanunsuzluqla məşğul olan dəstələrə bir adam rəhbərlik edib”

Əyyub Kərmov: “General da olsa bu gün həbs edilənlər xırda balıqlardır”
Tanınmış hüquqşünas Əyyub Kərimov Moderator.az-a açıqlamasında “MTN işi” ilə bağlı maraqlı fikirlər səsləndirib. Hüquqşünasın sözlərinə görə, “MTN işi” ilə bağlı hazırda bir neçə dəstənin işi araşdırılsa da, əslində digər dəstə üzvləri, bu dəstələrin rəhbərləri ilə bağlı gərəkli addımlar atılmır:
“Bu gün “MTN işi” ilə bağlı bir neçə dəstənin işi araşdılırır ki, bu məsələlərdə maraqlı məqamlar müşahidə olunmaqdadır. Məsələn, dəstə işi ilə bağlı ittiham edilən şəxslə bağlı iş aparılır, lakin bu dəstənin digər üzvləri kimdir, həmin dəstənin rəhbəri kim olub – bax bütün bunlar haqqında heç nə deyilmir. Halbuki, əgər dəstə varsa, deməli onun digər üzvləri də olmalıdır. Bu dəstənin rəhbəri də olmalıdır. Bu gün biz bu istiqamətdə hər hansı addımların atılmasına şahid ola bilmirik. Ya açıq deyilməlidir ki, MTN-də qanunsuz fəaliyyətlə məşğul olan bir neçə dəstə olub, bu dəstələrin də rəhbərləri bu şəxslərdir. Ya da deyilməlidir ki, bu dəstələrin hamısına bir adam rəhbərlik edib, onun da adı budur. Əslində, MTN vahid bir qurumdur və onun bir rəhbəri olub. Bu isə məntiqlə o deməkdir ki, oradakı dəstələrin də əslində bir rəhbəri olub.
Bu gün həbs edilən MTN yetkililəri general rütbəsi daşısalar da, əslində bu işdə xırda balıqdırlar. Böyük balıqlar isə açıq sularda üzür. İnanmaq istərdik ki, həmin şəxslərlə bağlı da lazımi addımlar atılacaq”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button