2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

MTN generalına ağır cəza tələbi: 12 il həbs, rütbəsi alınsın, əmlakı müsadirə olunsun…

Uzun illər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinə rəhbərlik etmiş general-mayor Nizami Şirinova 12 il həbs cəzası istənilib. Sentyabrın 28-də məhkəmədə prokuror bu cəza ilə yanaşı, onun general rütbəsinin alınması, əmlaklarının müsadirə olunmasını da təklif edib.

Digər təqsirləndirilənlər

Sabiq MTN generalının işinə bir ildir ki, Bakı Hərbi Məhkəməsində baxılır. O, vaxtilə tabeliyində işləmiş üç nəfərlə birlikdə mühakimə olunur. Bunlar Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin nəzdindəki idarələrin keçmiş rəisləri Elcan Abdullayev və Elman Tahirov, eləcə də əməliyyat müvəkkili Nadir Nəzirovdur. Təqsirləndirilən şəxslərdən yalnız general Şirinov həbsdədir.

Prokuror Abdullayev və Nəzirovun hər birinin 11 il azadlıqdan məhrum edilməsini, onların məhkəmə zalından həbs olunmasını istəyib.

Saytların yığılması Saytlarin yigilmasi

Tahirova gəlincə, ona qarşı irəli sürülmüş ittiham üzrə qanunda nəzərdə tutulan müddətin keçdiyini bildirib və cinayət işinə xitam verilməsini təklif edib.

General və keçmiş işçiləri adamlardan pul və əmlaklarını zorla almaq üçün onları qanunsuz saxlamaqda, hədə-qorxu gəlməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, rüşvət almaqda suçlanır.

Zərərçəkənlər

Zərərçəkən qismində tanınanlar arasında Ali Hərbi Məktəbin keçmiş rəisi Mirzəli Yusifov da var. O, məhkəmədə sabiq MTN-çilərə qarşı 315 min dollar və 300 min manat ödənilməsi tələbi ilə mülki iddia qaldırıb. Yusifov deyir ki, 315 min dollar general və işçilərinin ondan hədələyib aldıqları puldur. 300 min manatı isə ona vurulan mənəvi ziyanın əvəzi olaraq istəyir. Məhkəmə Yusifovun mülki iddiasını icraata götürüb. Amma onun təmin edilib-edilmədiyi məhkəmə prosesinin sonunda məlum olacaq.

Zərərçəkmişlərdən Rahib Ağayev isə Azərbaycan Ordusunun generalı Yaşar Aydəmirovun sürücüsü olub.

Təqsirləndirilən şəxslərdən barəsində cinayət işinə xitam verilməsi istənilən Elman Tahirov hazırda “Azərsu”da məxfi şöbənin rəisidir.

General və işçiləri özlərini təqsirli bilmir, ittihamda yazılanları qəbul etmirlər.

Sentyabrın 21-də daha bir sabiq MTN generalı – nazirliyin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Mövlam Şıxəliyev 12 il azadlıqdan məhrum edilib. Məhkəmənin hökmünə əsasən, onun da general rütbəsi alınıb, əmlakları müsadirə edilib.

Generallar Şıxəliyev və Şirinov 2021-ci ilin aprelində eyni vaxtda həbs olunmuşdular.

Xatırlatma

2015-ci ilin oktyabrında MTN-dəki əməliyyat nəticəsində nazirliyin 21 vəzifəlisi cinayət məsuliyyətinə cəlb olunub. Onların arasında beş general da vardı. Onların işi bir neçə qrupa bölünüb və ayrılıqda məhkəməyə göndərilib. Sabiq MTN-çilərə 3 ildən 14 ilə qədər həbs, üç nəfərə isə şərti cəza verilib. Generallardan hazırda yalnız ikisi – Elçin Quliyev və Teymur Quliyev həbsdədir. Akif Çovdarov və Sübahir Qurbanov 2020-ci ilin aprelində əfv sərəncamı ilə azadlığa buraxılıb. Natəvan Mürvətovaya isə şərti cəza təyin edilib.

2015-ci ildə həbs olunanların əksəriyyəti azadlığa buraxılıb.

Sabiq MTN-çilər qanunsuz dinləmələrdə, iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda və başqa əməllərdə ittiham olunurdular.

2015-ci ilin oktyabrında MTN-də baş verənlərdən sonra bu qurum ləğv edilib və onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yaradılıb.

24 saat” “MTN generalına ağır cəza tələbi: 12 il həbs, rütbəsi alınsın, əmlakı müsadirə olunsun…” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button