2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Müdafiə Nazirliyinin “Youtube” kanalı bağlanıb

Yayımlandı: 27 Fevral 2023 18:57

Anar Eyvazov kanalın bağlanmasını texniki problemlərlə əlaqələndirib

Müdafiə Nazirliyinin “Youtube” kanalı bağlanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Hazırda kanala daxil olmaq mümkün deyil və bütün videokontent silinib.

Yerli mediada kanalın İkinci Qarabağ müharibəsi ilə bağlı paylaşımlara görə silindiyi iddia edilir.

İddia olunur ki, kanal erməni hakerlərin hücumu nəticəsində bağlanıb.

Müdafiə Nazirliyinin Mətbuat Xidməti problemlə bağlı Meydan TV-nin sorğusuna cavab verməyib.

Amma bir qədər sonra nazirliyin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov kanalın bağlandığını “axar.az“a təsdiqləyib.

O deyib ki, “Youtube” kanalının bağlanması texniki problemlərlə bağlıdır.

Eyvazov bildirib ki, kanal qısa müddət ərzində bərpa ediləcək.

İkinci Qarabağ müharibəsi nə vaxt başladı?

2020-ci il sentyabrın 27-də isə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti dəfə döyüşlər başlayıb.

44 günlük bu müharibə (İkinci Qarabağ müharibəsi) və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona (Şuşa, Hadrut, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan və Xocavəndin bir hissəsi) nəzarəti ələ alıb.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib, Kəlbəcər, Ağdam və Laçın rayonları boşaldılıb.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button