2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Münhendə amerikalı konqresmenlər Qubad İbadoğlunun məsələsini İlham Əliyevlə müzakirə ediblərmi?

Fevralın 14-də ABŞ-ın Şimali Karolinadan konqresmeni Devid Rouzer deputat həmkarları ilə birlikdə ikipartiyalı qətnaməni təqdim edib. Sənəddə doktor Qubad İbadoğlunun Azərbaycan həbsxanasından qeyd-şərtsiz azad edilməsinə çağırılır. Üç həftə sonra Konqresdə bu aksiyaya dəstək artır. Turan-ın Vaşinqton müxbiri bildirib.

İkipartiyalı qətnamənin (H. RES. 1012) hazırda 24 həmmüəllifi var, bu yaxınlarda ona demokrat konqresmen Anna Eşu (Kaliforniya) və respublikaçıların digər iki  nümayəndəsi qoşulub: Brayan Fitspatrik (Pensilvaniya) və Çak  Fleyşman (Tennessi).

Müəlliflər ötən yay Bakıda həbs olunmuş doktor İbadoğlunun təqib edilməsini pisləyir və onun dərhal və qeyd-şərtsiz azad olunmasına çağırırlar. Qətnamədə həmçinin dövlət katibi Azərbaycan hökumətilə əlaqələr zamanı doktor İbadoğlunun azad edilməsi məsələsinə prioritet diqqət yetirilməsinə çağırılır. Keçən ay təqdim edildikdən sonra qətnamə Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinə təqdim edilib və burada baxılması gözlənilir.

Saytların yığılması Saytlarin yigilmasi

Konqresdəki mənbələr Turan-ın müxbirinə bildiriblər ki, Co Uilson da daxil olmaqla, Xarici İşlər Komitəsinin bəzi üzvləri yəqin ki, fevralın 17-də Münhendə prezident İlham Əliyevlə görüşüblər, ancaq bu barədə məlumat verilməyib.

Hazırda Uilson Konqresin Helsinki Komissiyasına rəhbərlik edir ki, bu komissiya ATƏT regionunda insan hüquqlarına riayət olunmasına nəzarət edir. Lakin Uilsonun İbadoğlunun məsələsni prezident Əliyevlə müzakirə edib-etmədiyi məlum deyil.

Uilson ABŞ Konqresinin nümayəndə heyətinin tərkibində Münhendə təhlükəsizlik konfransında olub. Nümayəndə heyətinə Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Mayk Terner rəhbərlik edib. Heyətə həmçinin demokrat Cim Hayms, Xarici İşlər Komitəsinin üzvü Qreqori Miks və konqresmen Brayan Fitspatrik daxil edib. 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button