2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Müsavat başqanı Mehman Hüseynova dəstək verdi

Müsavat başqanı Arif Hacılı facebook profilindən blogger Mehman Hüseynova dəstək verib. Xatırladaq ki, bloggerin yaydığı son videodan sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərov onu məhkəməyə verəcəyinin anonsunu verib. 24saat.org saytı olaraq Müsavat başqanının yazdıqlarını olduğu kimi təqdim edirik:
 Mehman Huseynov yenə də ölkə gündəmini zəbt edən video paylaşıb.

Hər yerdə bu məsələ müzakirə olunur. Amma bu dəfə birtərəfli deyil. Kəmaləddin Heydərov adamlarını hərəkətə gətirib. Məhkəməyə müraciət ediləcəyi barədə anons verilir.

Dəstəkçilərin arqumenti budur ki, nazir kimlərəsə əl tutur, işçilərinə kömək edir.

Saytların yığılması Saytlarin yigilmasi

Bir neçə il əvvəl məşhurlarımızdan biri də demişdi ki, ” başqasının pulunu saymaq düzgün deyil”.

Əslində Mehmanın çəkdiyi, araşdırmaçıların aşkar etdiyi mülklər, varidat başqasının deyil. Bunlar Azərbaycan xalqına məxsus olan sərvətlərdir.

Nazirlərin deputatların, icra başçılarının, dövləti idarə edənlərin, digər vəzifəli şəxslərin bizneslə məşğul olmaq, aldıqları əmək haqqından başqa gəlirlər əldə etmək, hətta əhəmiyyətli hədiyyələr almaq hüququ yoxdur.

Ya idarəçiliklik sistemində nazirlik, deputatlıq, hakimlik, məmurluq fəaliyyəti ilə məşğul ol, ya da bunları buraxıb, qabiliyyətin çatırsa biznesə giriş, mağazalar, otellər, binalar tikdir, villalarda yaşa, xeyriyyə tədbirləri keçir.

Bunların bir yerdə olması, bir nəfərin, bir qrupun əlində cəmləşməsi, korrupsiyaya yol açır, ölkənin inkişafının qarşısını alır, indiki ağır iqtisadi böhrana səbəb olur.

Ədalətli məhkəmə olsa cinayət tərkibi burdadır.

Bu həqiqətlərin üzərinə işıq salanlar isə fədakarlıq nümunələri yaradanlardır.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button