2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Müşavirlər vaksinin azyaşlılara vurulmasını təsdiqləyir

Rusiyada koronavirusdan daha bir ölüm rekordu

Rusiyada koronovirusdan daha bir ölüm rekordu aşkarlanıb. Oktyabrın 27-də açıqlanmış məlumata görə, son 24 saat ərzində 1123 ölüm, 36 min 582 yoluxma qeydə alınıb.

Hazırda Rusiya 233 min 898 ölümlə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdədir.

Saytların yığılması Saytlarin yigilmasi

Şərqi Avropa

Şərqi Avropada koronavirusa yoluxma və ölüm hallarında artımı rəsmilər vaksinasiya səviyyəsinin aşağı olmasıyla izah edirlər.

Bolqarıstan və qonşu Rumıniyada da yoluxmalar artır. Hər iki ölkədə vaksinasiya ləng gedir.

Macarıstanda apreldən bəri ən yüksək gündəlik yoluxma sayı aşkarlanıb və hökumət əhalini peyvənd vurdurmağa çağırıb. 10 milyonluq əhalinin 5.7 milyonundan çoxu indiyədək tam peyvəndlənib, 1.1 milyondan artıq adama isə üçüncü – gücləndirici doza da vurulub.

Oktyabrın 27-də Çexiyada 6 min 200-dən artıq yoluxma qeydə alınıb. Apreldən bəri ilk dəfədir gündəlik yoluxma sayı 6 mini keçir.

Pandemiya başlanandan Çexiyada 1.74 milyon yoluxma, 30 min 600-dən çox ölüm qeydə alınıb. 10.7 milyonluq əhali üzrə 12.1 milyon doza vaksin vurulduğu bildirilir.

***

Birləşmiş Ştatlar COVID-19-a qarşı vaksinasiyanın 28 milyonadək uşağı əhatələməsinə doğru daha bir addım atıb. Hökumətin müşavirləri Pfizer/BioNTech vaksininin 5-11 yaşlılara vurulmasını təsdiqləyib.

Qida və Dərman Administrasiyasının (FDA) müşavir qurumu vaksinin bu yaş qrupuna faydasının onun potensial risklərini üstələməsi haqda yekdil qərar verib.

Riskin az olmasına baxmayaraq…

Uşaqların COVID-19-u ağır keçirməsi riski böyüklərdən xeyli aşağıdır. Amma müşavirlərin qənaətinə görə, valideynlərə uşaqlarını qorumaq üçün seçim verilməlidir.

FDA-nın bu tövsiyəni qəbul edib-etməyəcəyi bir neçə günə bilinəcək. Ancaq son sözü Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) deməlidir.

Hazırda Pfizer/BioNTech vaksini yaşı 12 və yuxarı olanlar üçün tövsiyə olunur. Azyaşlılara isə yeniyetmə və böyüklərə vurulan dozanın üçdə biri qədər dozanın vurulacağı gözlənir.

İndiyədək Çin, Kuba və Birləşmiş Ərəb Əmirlikləri daxil olmaqla bir neçə ölkədə 5-11, hətta daha azyaşlılara COVID-19 vaksini vurulmasına icazə verilib.

ABŞ-da bu yaş qrupundan 8 min 300 nəfərin COVID-19 səbəbilə xəstəxanaya düşdüyü, 100-dək uşağın vəfat etdiyi bildirilir.

Qurumun tövsiyəsinə baxmayaraq, azyaşlıların peyvənd olunmasına kəskin qarşı çıxanlar da az deyil.

Bolsonaruya ittiham təklifi

Braziliyada isə oktyabrın 26-da Senat komissiyasının təsdiqlədiyi hesabatda Prezident Jair Bolsonaruya ittihamlar irəli sürülməsi tövsiyə olunur. O, koronavirus pandemiyası ilə mübarizə siyasətilə əlaqədar hətta bəşəriyyətə qarşı cinayətlərdə suçlana bilər.

Hesabatda Bolsonaru, bir neçə nazir və prezidentin üç övladı daxil olmaqla daha 77 nəfərə ittiham irəli sürülməsi çağırışı yer alıb.

Sənəddə gəlinən qənaətə görə, Bolsonaru koronavirusa qarşı kütləvi immunitetin yaranması məqsədilə braziliyalıları “bilərəkdən kütləvi yoluxmaya məruz qoyub”.

Prezidentin COVID-19-a əhəmiyyət verməməsi, onu önləməyi tövsiyə edən müşavirlərə qulaq asmamasından dolayı 9 cinayətdə ittiham olunması tövsiyə edilir.

Gələn il seçkidir

Komitənin ittiham irəli sürmək səlahiyyəti yoxdur. Bolsonarunun müttəfiqləri olan baş prokuror və parlamentin aşağı palatasının spikerinin cinayət işi açması, yaxud impiçment proseduru başlatması real görünmür.

Gələn il Braziliyada seçki keçirilməlidir. Bu arada Bolsonarunun reytinqi çox aşağı düşüb.

Senatorlar səsvermədən sonra COVID-19-dan vəfat etmiş 606 min braziliyalını bir dəqiqəlik sükutla yad ediblər. Ölkə koronavirusdan ölü sayına görə ABŞ-dan sonra ikinci yerdədir. Birləşmiş Ştatlarda 738 mindən çox insan bu xəstəlikdən vəfat edib.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button