Bizim tərcümə

Myanmanın devrilmiş lideri Suu Kyi daha 7 il müddətinə azadlıqdan məhrum edilib

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-12-30 11:35:16

Qərar 1 fevral 2021-ci il hərbi çevrilişdən sonra xunta rəhbərliyi tərəfindən həbs edilən Demokratiya Uğrunda Milli Birlik Partiyasının lideri Aunq San Suu Kyinin müxtəlif ittihamlarla mühakimə olunduğu işdə verilib.

Hərbi məhkəmə Suu Kyi hökuməti dövründə bir nazirə qanunsuz olaraq helikopter icarəyə götürdüyünə görə korrupsiya ittihamı ilə 7 il həbs cəzasına məhkum edib. Son inkişafla Suu Kyinin müxtəlif cinayətlərə görə aldığı həbs cəzalarının cəmi 33 ilə çatıb.

Saytların yığılması Saytlarin yigilmasi

Suu Kyi əvvəllər seçki qanunlarını pozmaq, qeyri-qanuni radiolara sahib olmaq, korrupsiya, Covid-19 məhdudiyyətlərini pozmaq da daxil olmaqla 14 müxtəlif cinayətə görə məhkum edilib. Oktyabrın 12-də keçirilən və sonuncu məhkəmə iclasında Suu Kyi rüşvətxorluğa görə daha 3 il həbs cəzasına məhkum edilib.

DEMOKRATİYAYA DÖVLÜŞ

Myanmada 8 noyabr 2020-ci il seçkilərində saxtakarlıq edildiyini iddia edərək 1 fevral 2021-ci ildə çevriliş edən xunta, başda ölkənin faktiki lideri Aunq San Suu Kyi olmaqla bir çox məmuru və hakim partiya rəhbərlərini həbs edib.

Beynəlxalq ictimaiyyətdə sərt reaksiya ilə qarşılanan anti-demokratiya hərəkatından sonra başlayan kütləvi etirazları xunta rəhbərliyi zorakılıqla yatırtdı və çevriliş əleyhinə nümayişlərdə çoxlu mülki vətəndaş həyatını itirdi. Bu yaxınlarda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası hərbi xuntanın rəhbərlik etdiyi Myanmada zorakılığa son qoymağa və keçmiş lider Aung San Suu Kyi də daxil olmaqla, özbaşına saxlanılan bütün məhbusların azadlığa buraxılmasına çağıran qətnamə qəbul etmişdi.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button