2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Nar” da meqabayt fırıldağına başladı – Şikayət

“Nar” mobil operatorundan kütləvi şikayətlər var. 24saat..org xəbər verir ki, abunəçilər şirkətin onları aldatdığını və müxtəlif yollarla pulunu mənimsədiyini qeyd edirlər.

Sevinc Əliyeva adlı abunəçi də bildirir ki, mayın -2də “Nar”dan 1 manatlıq meqabayt götürüb. Sonra bitdiyini görüb. İnternetin də sürəti az olub. Balansında konturu olduğunu deyən abunəçi zəng edəndə sıfır olduğu bildirilib. Onun sözlərinə görə, şirkət balansından kontur silib: “Belə də olmaz. Bir aylıq turbo paketini də 15 günlük ediblər”. Abonentlərin pullarını çoxsaylı və müxtəlif formalı fırıldaq üsulları ilə soyan şirkətlərin siyahısına “Azərfon” da qoşulub. İndiyə qədər bu mobil operator fırıldaq kampaniyalar və mürəkkəb tarif sistemləri ilə abonentlərini soymağa üstünlük vermirdi. Bu şirkətin mobil operator brendi “Nar Mobayl”la danışmaq, ismarış yazmaq, internetdən istifadə etmək dünyanın ən soyğunçu şirkətlərindən olan Azercell-dən 3 dəfə, ondan yalnız bir qədər insaflı olan “Baksell”dən isə 2 dəfə ucuz başa gəlir. “Nar mobile” özünün “sərfəli” internet paketləri ilə fəxr edir. Xüsusilə də, “limitsiz” paketlərlə. Lakin istifadəçilər bundan da narazıdır, çünki ortada “limitsiz” deyə bir şey yoxdur. İnsanlar “Facebook” səhifəsində dəfələrlə qeyd edirlər: “Gündə bir mənasız kampaniya düşününcə, internet və danışıq tariflərini ucuzlaşdırın”. Belə ki, bir neçə ildir ayda 20 manat ödəyərək “Nar Mobile” aylıq limitsiz internet paketindən istifadə edən abunəçilər daim şikayətlənir ki, əvvəllər bu paketdən istifadə zamanı internetin sürəti qismən də olsa normal idi. Ancaq son aylarda aylıq limitsiz internet paketindən istifadədə problemlə üzləşməyə başlayıb. Müştəri aylıq limitsiz internet paketini aktivləşdirəndən cəmi 15-16 gün sonra internetin sürətinin kəskin azaldıldığını müşahidə edir.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button