2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

''Nardaran işi 2'': Zərbələrdən yıxıldım və qaytarmağa başladım

”Əgər məhkəmə ədalətli olsaydı, işgəncəyə məruz qaldığımı görərdi”

Saytların yığılması Saytlarin yigilmasi

“Terrorçuluq insanların həlak olmasına səbəb olmaqdır. Mənim bu maddələrlə təqsirləndirilməyimə əsas yoxdur. Əgər Nardaran hadisələrinə görə həbs ediblərsə, mənim Nardaran hadisələri ilə heç bir əlaqəm də olmayıb”. 

Bu sözləri məhkəmə prosesində Nardaran hadisələrinə görə təqsirləndirilən Elman Ağayev deyib.

Martın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrindən sonra həbs edilən ilahiyyatçı Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyatov, Elxan Həsənov, Mübariz İbrahimov, Əli Hüseynov, Ramil Seyfullayev, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Meydan TV-nin məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi iclasda təqsirləndirilən Elman Ağayev ifadə verib. O, ittihamla razı olmadığını deyib:

“Deyirlər, təqsirləndirilənlər silahı zibillikdən tapıb. Belədirsə, zibilliyə silah anbarı demək lazımdır. Zibil yığanları yoxlamaq lazımdır. Yəqin onlar silahlı birləşmə yaradıblar. Hər yerdə zibil qutuları qoyulub. Orada nəsə tapmaq üçün gərək onu eşələyəsən. Bu da dindarlara yad əməldir “.

“Güya Taleh Bağırzadənin kitabçası mənim üzərimdən çıxıb”

E.Ağayev deyib ki, dövlət əleyhinə heç bir əməl törətməyib:

“Əksinə dövlətçiliyi dəstəkləmişəm. İstintaq zamanı müstəntiq ittihamla bağlı nəsə soruşmadı. Yalnız Taleh Bağırzadə, Zülfüqar Mikayılov və Məhərrəmlik mərasimləri ilə bağlı soruşdu. Güya Taleh Bağırzadənin kitabçası mənim üzərimdən çıxıb. O kitabçanı mən ilk dəfə müstəntiqdə görmüşəm. Müstəntiq dedi: “Bu, təhlükəli kitabdır, əgər məndə görsələr məni də tutarlar”. O kitabça Taleh Bağırzadə tərəfindən yazılmayıb. İstintaq zamanı ifadəm işgəncə və təzyiqlə imzalatdırılıb. Mənə işgəncə verilməsini Bakı İstintaq təcridxanasında da təsdiq etdilər. Lakin dedilər, bu haqda arayış verə bilməzlər. Güya mənim Taleh Bağırzadə ilə telefon danışığım olub. Bu yalandır. Müstəntiqə də dedim ki, bu məsələ araşdırılsın. Lakin müstəntiq buna ehtiyac görmədi.Məni qanunsuz olaraq 21 gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxladılar və işgəncə verdilər. Mənim həbsim sifarişli və qərəzlidir. Bunu Lənkəranın icra başçısı Taleh Qaraşovun haqqımda verdiyi xasiyyətnamədən də görmək olar. O, xasiyyətnamə ittihamnamə və böhtannamədir. Güya mən qadınları hicab bağlamağa məcbur etmişəm. Mən kiməm ki, belə hərəkət edəm? Mənim çıxışlarımın heç birində təxribat yoxdur. Bütün çıxışlarım internetdə var. Xəcalət çəkəcək heç bir əməlim olmayıb. Heç bir şübhəli mərkəzlə əlaqəm olmayıb. “Bandotdel”də saxlandığım 21 gün ərzində işgəncə və təhqirə məruz qalmışam. Müstəntiq Moşu Paşayev mənə kağız verdi ki , dərhal qol çək. Mən də gördüm silah-sursat yazılıb, imtina etdim. Bundan sonra üstümə qışqırdı ki, oxumadan qol çək. Həmin vaxt vəkil Səyyad Nurəliyev də orada idi və mənə hər hansı köməklik göstərmirdi”.

“Məni “dubinka” ilə hədələdilər”

E.Ağayev deyir ki, bundan sonra qoluna qandal vurub başqa otağa aparıblar: 

“Orada Elman Bayramov məndən Lənkəranda keçirilən Aşura məclisləri, Taleh Bağırzadə barədə soruşdu. Sonra təhqir edib döydü. Ondan sonra məni Kərim Əlimərdanovun otağına apardılar. Orada əllərində “baseball” çubuğu ilə döyməyə başladılar. Kərim deyirdi ki, evindən silah çıxması barədə sənədləri qol çək. Mən zərbələrdən müvazinətimi itirdim və yıxıldım,qaytarmağa başladım. Orada məni “dubinka” ilə hədələdilər. Sonra Kərim dedi ki, etməsən, ailəni də gətirəcəyik. Mən həbs olunan  zaman qardaşım Nizamini də tutmuşdular. Mən də təzyiqlərdən sonra məcbur olub qol çəkdim. Məni qoluma girib məhkəməyə apardılar. Hakim Babək Pənahov da gördü ayaq üstə dura bilmirəm. Əgər məhkəmə ədalətli olsaydı, işgəncəyə məruz qaldığımı görərdi. İşgəncə ilə bağlı Baş Prokurorluğa müraciət etdim. Onlar da bir nəfəri göndərdilər. O da gəlib yazdı ki, fakt təsdiqini tapmadı. “Bandotdel”də halım bir neçə dəfə pis oldu. Mənimlə bir yerdə qalan bank sədri Cahangir Hacıyev mənə bir neçə dəfə tibbi yardım göstərib. Halım pisləşəndə həkim gəlmirdi. Sadəcə limon verirdilər ki, iylə, ürəyin bulanmasın .İttihamlar əsassız olduğu üçün barəmdə bəraət hökmü çıxarılmalıdır. Bu il islam həmrəyliyi ilidir. Ruhaniləri tutublar. Dünya buna nə deyər? Bir gün Allah bizi mühakimə edəcək. Mən vicdanım qarşısında rahatam. Siz hakimləri də vicdanınızla baş-başa buraxıram. Bir ruhaninin şəklin hansısa dindarın telefonunda görüb Xomneyiyə oxşadıblar. Bunlar belə savadısızdılar. İndi hansısa xristian telefonunda Roma papasının şəklin saxlayırsa, demək o, Vatikana xidmət etmiş olur?” 

Proses aprelin 3-də davam edəcək.

Xatırlatma..

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Kamil oğlu Bağırzadə, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu və digərləri saxlanılıb.

Əməliyyat zamanı 2 polis əməkdaşı, 4 qəsəbə sakini həlak olub.

Nardaran hadisələri ilə bağlı saxlanılan şəxslərin cinayət işi üzrə istintaq bir neçə yerə ayrılıb. Taleh Bağırzadə məhkəmənin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib. Onlar istintaq zamanı işgəncə və təzyiqə məruz qaldıqlarını deyirlər.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button