2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Nardaran məhbusundan hüquq müdafiəçilərinə müraciət

Müsəlman Birliyi Hərəkatının üzvü, Nardaran məhbuslarından biri Abbas Hüseyn istintaq təcridxanasında dustaqlara işgəncə verildiyi haqda hüquq müdafiəçilərinə müraciət edib. Yaxınlarının azadliq.info-ya göndərdiyi müraciətdə A.Hüseyn bildirir ki, aprelin 5-də istintaq təcridxanasında qanunsuz olaraq karsa salınıb və orada ondan başqa bir neçə başqa dustaq da olub. Təcridxana işçiləri həmin dustaqlara qarşı zorakılıq edib. “Onlara qarşı təcridxananın işçiləri amansız davranır, əl-qollarını bağlayıb işgəncələr verir və pis söyüşlərlə onları təhqir edirdilər”, – deyə A.Hüseyn qeyd edib.

Nardaran məhbusu bunun ictimailəşdirilməsini və hüquq müdafiəçilərinin müvafiq rədbirlər görməsini istəyir. “Biz əzəl gündən vətənimizdə hər kəsin firəvan yaşaması üçün əlimizdən gələni etmişik. Daim məzlumların yanında, zalımların önündə olmuşuq. Biz zülmkarlara etiraz etdiyimiz üçün zindana salındıq və etirazımızı bildirməkdə davam edirik. Burdan hər kəsə, xüsusən də hüquq müdafiəçilərinə və media nümayəndələrinə səslənirəm ki, bu məsələ ilə bağlı addım atsınlar, öz təsiredici mexanizmlərini işə salsınlar”, – deyə müraciətdə bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button