2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Naşir “Azərpoçt”u inhisarçılıqda günahlandırıb

Yayımlandı: 23 Dekabr 2022 15:08

O deyir ki, daxili daşıma qiymətləri süni qaldırılır

“Qanun” Nəşrlər Evinin rəhbəri, tərcüməçi-yazar Şahbaz Xuduoğlu “Azərpoçt”dan narazılıq edib.

Saytların yığılması Saytlarin yigilmasi

O bildirib ki, poçt şəbəkəsi bu sahədə inhisarçılığa yol verir.

Naşir deyib ki, “Azərpoçt” daxili daşıma xidmətində qiymətləri süni qaldırır:

“Kitabların qiymətini endirdik ki, oxucuların sayı artsın. “Azərpoçt” əksinə edir, qiyməti bir az da qaldırır. 1 manatlıq kitabı yaxın-uzaq bilmədən, rayonlara banderol adı ilə 3.60 manata aparır”.

O deyir ki, bu sahədə sağlam rəqabət artırılmalıdır:

“Nə qədər ki, sağlam rəqabət mühiti yaranmayıb, “Azərpoçt” inhisarçı təşkilat kimi qiymətləri istədiyi kimi idarə edəcək. Daxili poçt xidmətlərini inkişaf etdirmək üçün özəl sektor cəlb edilməlidir, sağlam rəqabət şəraiti yaradılmalıdır. Bu sahədə ciddi boşluqlar var”.

Foto: Azərpoçt

“Azərpoçt”un mətbuat xidmətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

2021-ci il dekabrın 3-də Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, Azərbaycanda kağız və kitab 18 faiz ƏDV-dən azad olunub.

Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiqlənən kütləvi informasiya vasitələri məhsullarının və kitabların, habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların istehsalı ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı, mətbu kütləvi informasiya vasitələri məhsullarının və kitabların, o cümlədən elektron kitabların, habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətindən (reklam xidmətləri istisna olmaqla) ƏDV tutulmur.

Qərar 2022-ci il yanvarın 1-dən qüvvəyə minsə də, Nazirlər Kabineti qanunu 5 ay sonra təsdiqləyib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button