2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Natiq Əliyev reanimasiyaya yerləşdirilib

Ürəyində problemlər yaranandan sonra Azərbaycanın energetika naziri Natiq Əliyev iyunun 4-5-nə keçən gecə Türkiyəyə aparılaraq İstanbul şəhərinin Florence Nightingale xəstəxanasına yerləşdirilib, Türkiyənin Səhiyyə Nazirliyinin təcili yardım xidməti BBC Azərbaycancaya bildirib.

Bundan əvvəl Azərbaycan mətbuatında Natiq Əliyevin Amerikan xəstəxanasına (Amerikan Hastanesi) yerləşdirildiyi bildirilirdi. Lakin Amerikan xəstəxanasının Ali adlı əməkdaşı onlarda bu adda xəstə olmadığını deyib.

Saytların yığılması Saytlarin yigilmasi

İstanbul Florence Nightingale xəstəxanasından reanimasiya şöbəsinin həkimi Emine Öklü BBC Azərbaycancaya Natiq Əliyevin gecə saatlarında gətirildiyini və hazırda daxili xəstəliklər reanimasiyasında vəziyyətinin stabil olduğunu deyib.

O, həmçinin əlavə edib ki, Natiq Əliyevin vəziyyəti təqib edilir və hələ ki, “əməliyyat barədə hansı addım atılacağı təsdiqlənməyib”.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button