Loading...
Loading...
Xəbərlər

Natiq Cəfərli: Bizi vurus yox, stress öldürəcək

“İnsanlar vaksinlə bağlı fərdi qərar verməlidirlər”

“COVID-19 pasportlarının məcburi geniş tədbiqi insan haqlarının pozulmasıdır. İnsanlar vaksin vurub-vurmamaqla bağlı fərdi qərar verməlidirlər”.

ReAl Partiyasının Siyasi Komitəsinin üzvü, iqtisadçı Natiq Cəfərli belə deyir.

O bildirir ki, vətəndaşların vaksinə görə azadlıqlarının, seçimlərinin məhdudlaşdırılması totalitarizmin yeni növüdür: “Konstitutsiyaya görə hər bir vətəndaş bərabər hüquqlara malikdir. Harada yazılıb ki, 2 iynəyə görə kiminsə hüququ, vaksin vurdurmayanlardan üstündür? Məsələn, mən daha çox səfərlərə görə vaksinin hər iki dozasını vurdurmuşam. Yəni özümə görə demirəm”.

İyulun 26-da Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda dəyişiklik edib.

Yeni dəyişikliyə görə, yaşı 18-dən yuxarı olan tələbələrdən COVID-19 pasportu tələb ediləcək.

2021-ci il sentyabrın 1-dən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərinin azı 80 faizinin COVID-19-a qarşı birinci doza, oktyabrın 1-dən isə ikinci doza peyvənd olunması və ya immunitet sertifikatının olması tələb edilir:

  1. mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri;
  2. mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri;
  3. …bu Qərarın əlavəsində qeyd olunan iş və xidmət sahələrində fəaliyyət göstərən müəssisələr;

2.5-5.2. ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb edilir.

Qərar dəyişikliyinə əsasən, yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər:

  1. ictimai iaşə müəssisələrində;
  2. mehmanxanalarda;
  3. iri ticarət mərkəzlərində.


24 saat” “Natiq Cəfərli: Bizi vurus yox, stress öldürəcək” başlıqlı yazını “”yə istinadən dərc edib.

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button