2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

NATO: ‘ABŞ qoşunlarının Almaniyadan çıxarılmasına dair son qərar hələ yoxdur’


NATO-nun baş katibi Jens Stoltenberg iyunun 16-da deyib ki, Birləşmiş Ştatlar Almaniyadakı hərbçilərini necə və nə vaxt çıxarmaq barədə son qərarını hələ qəbul etməyib.

Bundan əvvəl ABŞ prezidenti Donald Trump ABŞ-ın Almaniyadakı hərbçilərinin sayca ixtisar olunacağını bəyan etmişdi.

Stoltenberg Brüsseldə NATO müdafiə nazirlərinin videomüşavirəsi ərəfəsində müxbirlərin bu barədə suallarına cavab verib:

Saytların yığılması Saytlarin yigilmasi

 “ABŞ bunu aydın şəkildə bildirib ki, bunun necə və nə vaxt ediləcəyi barədə son qərar hələ qəbul olunmayıb”.

Trump iyunun 15-də demişdi ki, Birləşmiş Ştatlar Almaniyadakı ABŞ hərbçilərinin sayını 34 min 500-dən 25 minə endirəcək.

NATO müttəfiqləri və ABŞ millət vəkilləri Trump-ın bu qərarı ilə bağlı dərin narahatlıq ifadə ediblər.

Ağ Evdə bu barədə danışan Trump Almaniyanı NATO qarşısında maliyyə öhdəliklərini yerinə yetirməməkdə ittiham etmiş və bildirmişdi ki, ABŞ əsgərlərinin Almaniyada saxlanması baha başa gəlir.

 

Həm Trump, həm də Almaniya ilə söhbət gedir

Stoltenberg iyunun 16-da deyib ki, ötən həftə bu barədə xəbərlər mediaya sızandan sonra Trump-la söhbət edib və hazırda həm də Almaniya ilə danışıqlardadır.

Stoltenberg əlavə edib ki, Avropadakı ABŞ qoşunları Atlantik okeanının hər iki tayındakı müttəfiqləri müdafiə edir:

“Mənim dediyim budur ki, Avropada ABŞ-ın hərbi mövcudiyyəti Avropa üçün yaxşıdır, amma bu, həm də Şimali Amerika və ABŞ üçün yaxşıdır. ABŞ-ın Avropada olması təkcə Avropanı qorumaq üçün yox, həm də ABŞ-ın hərbi qüdrətini Avropadan kənarda qorumaq üçündür”.

İyunun 16-da Polşaya səfəri zamanı Almaniyanın xarici işlər naziri Heiko Maas Stoltenberg-in sözlərinə qüvvət olaraq deyib:

“ABŞ qoşunlarının Almaniyada olması, təkcə Almaniyanın təhlükəsizliyi üçün yox, həm də ABŞ-ın təhlükəsizliyi, xüsusilə də Avropanın təhlükəsizliyi üçün mühümdür”.

 

Maas bunu da deyib ki, Almaniyanın federal hökumətinə Trump-ın planının detalları barədə hələki məlumat verilməyib.

Nazir deyib ki, “nə Dövlət Departamenti, nə də Pentaqon bu barədə informasiya verməyiblər”.

ABŞ qoşunları Almaniyada II Dünya Müharibəsindən sonra yerləşdirilib və sayca pik nöqtəsinə Soyuq müharibə illərində çatıb.

Lakin Putin Rusiyasının getdikcə artan təcavüzkarlığı ABŞ-ın Avropadakı hərbi mövcudiyyətini xüsusilə zəruri edib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button