SEÇMƏ

NATO rəsmisi: Putin Ukrayna ilə uzunmüddətli müharibəyə hazırlaşır

Yayımlandı: 19 Yanvar 2023 15:21

“Bu il ağır olacaq və biz nə qədər lazım olarsa, Ukraynanı dəstəkləməyə hazır olmalıyıq”

“Donbasnews”un materialı

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı uzunmüddətli müharibəyə hazırlaşır və Şimali Atlantika Alyansı Rusiyanı gücünü doğru dəyərləndirməlidir”.
Bunu alyansın Hərbi Komitəsinin iclasında NATO-nun baş katibinin müavini Mirça Coane bildirib.
Onun sözlərinə görə, uzunmüddəli müharibəyə hazırlığın getdiyinə işarə edən bir neçə amil var:

  • bu yaxınlarda 200 mindən çox əsgərin səfəfbərliyi, onlar hazırda məşq edirlər;
  • Rusiya hərbi istehsalatının genişləndirilməsi;
  • başqa ölkələrdən, o cümlədən İrandan yeni silahların alınması.

“Bu il ağır olacaq və biz nə qədər lazım olarsa, Ukraynanı dəstəkləməyə hazır olmalıyıq”, – deyə NATO-nun Baş katibinin müavini bildirib.

Meydan TV

Gözdən qaçırmayın:  Qarabağın ətrafında və daxilində nə baş verir?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button