2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Navalnıya Saxarov mükafatı verilir

Rusiyada həbsdə olan müxalifətçi Aleksey Navalnı Avropa Parlamentinin “Fikir azadlığına görə” Andrey Saxarov mükafatına layiq görülüb. Bu barədə AzadlıqRadiosu iki mənbədən məlumat əldə edib. Qalibin adı rəsmən oktyabrın 20-də elan olunacaq.

Saxarov mükafatı Avropa Parlamentinin insan hüquqları sahəsində ali mükafatıdır. Rusiyalı müxalifətçinin namizədliyini parlamentdə ən böyük fraksiya olan Avropa Xalq Partiyası “azadlıq, demokratiya və insan hüquqları uğrunda mübarizədə cəsarətə görə” irəli sürmüşdü.

Müxalifətçi mükafata Rusiyada korrupsiyanı və azadlıqları məhdudlaşdırmaq cəhdlərini ifşa etməsinə görə layiq görülüb.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumatı Avropa Xalq Partiyası qrupu təsdiqləyib.

Navalnı bu ilin əvvəlindən Rusiyada cəza çəkir. O, zəhərlənmədən Almaniyada müalicə alandan sonra Rusiyaya qayıdarkən saxlanıb. Müxalifətçi 2023-cü ilin payızında azadlığa çıxmalıydı. Amma barəsində daha bir neçə cinayət işi açılıb.

Rusiya Prezidenti Vladimir Putinin açıq tənqdçilərində olan Navalnı zəhərlənməsinə görə Kremli suçlayır, ittihamları siyasi motivli adlandırır. Kreml isə iddiaları rədd edib.

Avropa Birliyi Navalnının zəhərlənməsi və həbsinə görə Rusiya rəsmilərinə sanksiyalar tətbiq edib.

Ötən il Saxarov mükafatına Belarus müxalifəti, 2018-ci ildə isə Rusiyanın ilhaq etdiyi Krımda həbs olunmuş ukraynalı rejissor Oleq Sentsov layiq görülüb. Rusiyada həbsdən azad olunan Sentsov Avropa Parlamenti üzvləri qarşısında şəxsən çıxış edib.

Navalnının namizədliyi Nobel sülh mükafatına da təqdim olunmuşdu. Amma bu il mükafata iki jurnalist – filippinli Mariya Ressa və rusiyalı Dmitri Muratov layiq görülüblər.

50 min avroluq mükafat sovet dissidenti Andrey Saxarovun şərəfinə təsis olunub. Vaxtilə bu mükafata Cənubi Afrikanın keçmiş prezidenti Nelson Mandela, Venesuelanın demokratik müxalifəti, pakistanlı təhsil fəalı Malala Yusifzay da layiq görülüblər.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button