2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Naxçıvanda yumurta satışı ilə bağlı limitinin şok səbəbi ortaya çıxdı

MR yetkililəri maddi marağına görə xalqı aclığa məhkum edib

Naxçıvanda yumurta satışı ilə bağlı qoyulan limitlə bağlı bəzi KİV-lərdə Muxtar Respublika rəhbərliyinin maraqlarına xidmət edən yazılar dərc edilməkdədir. Bəzi media orqanlarında belə bir limitin tətbiqinin Türkiyədə yumurtanın qiymətinin qalxması səbəbi ilə naxçıvanlı fermerlərin bu ölkəyə yumurta ixrac etmək istədiklərini və bunun Naxçıvanda yumurta qıtlığı yarada biləcəyi səbəbi ilə gündəmə gəldiyi bildirilir.

24saat.org-a açıqlama verən özəl mənbə bu barədə deyilənlərin tamamilə həqiqətdən uzaq olduğunu bildirib. Mənbənin sözlərinə görə, yumurta satışı ilə bağlı tətbiq edilən limitin səbəbi MR-da yumurta istehsalının aşağı səviyyədə olması və hökumət rəhbərliyinin əlində cəmləşməsidir. Hazırda Naxçıvanda broyler yumurtasının 30, kənd yumurtasının isə 45-50 qəpik qiymətində olduğuna diqqət çəkən mənbə, bu qiymətin əksər ailələr üçün əlçatmaz olduğunu vurğulayıb:

Saytların yığılması Saytlarin yigilmasi

“Naxçıvanda yumurtanın qiymətinin kifayət qədər baha olması bir çox ailəninbu zəruri ərzaq qidası ilə təmin olunmasına imkan vermir. Bəzi iş adamları MR-dakı yumurta qıtlığı və eləcə də qiymət artımına qarşı mübarizə aparmaq məqsədi ilə Türkiyədən yumurta gətirmək istəsə də, MR rəhbərliyi buna qadağa qoyub. Səbəb Azərbaycan pulu ilə 10-15 qəpik olan daha ucuz yumurtanın bazara daxil olmasını önləmək, MR rəhbərliyinin nəzarəti altında olan broyler təsərrüfatlarının rəqabətsiz şəraitdə bazara məhsul çıxarmasını təmin etməkdir”.

Kənd yumurtasının daha baha olması səbəbi ilə əhalinin əksəriyyətinin 30 qəpiklik broyler yumurtasına maraq göstərdiyini bildirən mənbənin sözlərinə görə, bir qrup dövlət yetkilisinin əlində cəmləşən bu biznes xalqın pulu hesabına sürətlə çiçəklənməkdədir.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button