2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Naxçıvanın yetərsiz büdcə gəlirləri alimləri də qayğılandırır

«Sənaye sektorunun, infrastruktur və xidmət sahələrinin inkişaf etdiyi Naxçıvan Muxtar Respublikasında gəlirlərin maliyyə uçotunda şəffaflığın daha da yüksəldilməsi və nəzarət mexanizmlərinin gücləndirilməsi, fikrimizcə, yerli büdcə gəlirlərinin artımına müsbət təsir edən amillərdən biri ola bilər».

Bu fikri Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun şöbə müdiri, prof. Tofiq Hüseynov dilə gətirib.

Saytların yığılması Saytlarin yigilmasi

Naxçıvan iqtisadiyyatı barədə «Azərbaycan» qəzetində dərc olunan məqaləsində bölgənin büdcə gəlirlərini təhlil edən iqtisadçı professor maraqlı nəticələrə gəlib. Mərkəzi büdcədən asılı vəziyyətdə olan Naxçıvanda dövlət büdcəsinin yeri gəlirlərinin aşağı həcmdə olması ekspertləri daim düşündürən problemdir və onlar, zaman-zaman, öz narahatlıqlarını ictimaiyyətlə bölüşüblər.

«Bölgənin özünü təminetmə potensialı var»

Prof. T. Hüseynov 2010-cü illə müqayisədə 2015-ci ildə Naxçıvan dövlət büdcəsi yerli gəlirlərinin 1,5 dəfə artdığını bildirir, amma diqqəti daha vacib bir məqama yönəldir: 2010-cu ildə yerli gəlirlər muxtar respublikada yaradılan Ümumi Daxili Məhsulun (ÜDM-in) 4,3 faizi idisə, 2015-ci ildə bu göstərici 3 faizə enib.

İqtisadçı alim gəlirlərin əsaslandırma və digər iqtisadi göstəricilərlə əlaqələndirmə səviyyəsini yüksəltmək məqsədilə muxtar respublika hökumətinə tövsiyə edir ki, büdcə gəlirləri Naxçıvandakı müəssisələrin real maliyyə potensialına adekvat planlaşdırılsın. Onun hesablamalarına görə, bütünlükdə Azərbaycan üzrə qeyri-neft sektorunda yaranan ÜDM-in hər manatından dövlət büdcəsinin 17-18 qəpik götürürsə, Naxçıvan MR-də bu göstərici 2-3 qəpiyə bərabərdir.

Regionun özünümaliyyələşdirməyə keçmə perspektivindən söz açan alim deyir: «Araşdırmalarımız göstərir ki, muxtar respublikada bu problemin həllini təmin edən potensial mövcuddur. Məsələ dövlət büdcəsinin yerli gəlirlərini əhəmiyyətli dərəcədə artırmaqla, muxtar respublikanın özünümaliyyələşdirməsini təmin etməkdədir».

Naxçıvan sənaye məhsulu istehsalında Bakı ilə ayaqlaşır

Naxçıvan iqtisadi rayonu adambaşına məhsul (xidmət) istehsalına, əhalinin gəlirlərinə, pərakəndə ticarət dövriyyəsinə və əsas kapitala investisiyalara görə də irəlidədir. Qeyd olunan sahələr üzrə göstəricilər Naxçıvan MR-də digər iqtisadi rayonlarla müqayisədə 1,4-3 dəfə yüksəkdir. Son 6 ildə 5,3 milyard manat dəyəri olan yeni əsas kapital yaradılıb. Məqalədə belə deyilir.

Bölgənin yüksək iqtisadi potensialını xarakterizə edən digər amil kimi, Tofiq Hüseynov sənaye istehsalını önə sürür: 2015-ci ildə Sumqayıt və Mingəçevir şəhərlərində sənaye məhsulu istehsalı 1990-cı il səviyyəsinin – 13; Şirvanda – 31; Gəncədə – 60 faizi qədər olmuşdusa, Naxçıvan MR-də bu göstərici (917 milyon manat) o dövrdəkindən 3,2 dəfə çox olub. Bu göstərici üzrə Naxçıvan Bakı ilə rəqabətə girə bilər.

Bununla belə, muxtar respublikanın dövlət büdcəsinin yerli gəlirləri onun xərclərinin 20 faizi qədərdir.

Ekspert: «70 milyon manat kiçik rəqəmdir»

Rövşən Ağayev

Rövşən Ağayev

İqtisadçı Rövşən Ağayev həmkarının fikirlərini bölüşdüyünü deyir. O, AzadlıqRadiosu-na müsahibəsində Naxçıvanın mövcud iqtisadi və təbii resursları, sərhəd ticarəti qurmaq üçün əlverişli imkanları baxımından yerli büdcə gəlirlərini (70 milyon manat) kiçik rəqəm saydığını bildirib.

«Bəs Naxçıvanın öz daxili imkanları hesabına maliyyə resursları hansı həcmdə formalaşa bilər» sualının cavabında ekspert bundan ötrü iqtisadi diaqnostik hesabat, rəqabət və klaster analizi aparılmasının zəruri olduğunu söyləyib.

«Dərin təhlilə ehtiyac var»

«İstənilən bölgənin «özünütəmin» səviyyəsini qiymətləndirmək üçün, ilk növbədə, «minimum büdcə təminatlılığı» göstəricisi müəyyənləşdirilməlidir. Bunun mahiyyəti odur ki, elmi əsaslandırılmış normativlər əsasında konkret ərazidə yaşayan hər bir sakinin sağlam və təhsilli böyüməsinə, mədəni inkişafına, yaxşı qurulmuş kommunal və nəqliyyat infrastrukturuna ehtiyac minimumu öyrənilməli və dəyərləndirilməlidir. Bunu müəyyənləşdirəndən sonra demək olar ki, büdcəyə toplanan mövcud gəlirlər həmin ehtiyacların (xərclərin) neçə faizini qarşılayır», – Rövşən Ağayevin sözləridir.

Ekspertin fikrincə, Naxçıvanın iki böyük ölkə (İran və Türkiyə) ilə həmsərhəd olması, əlverişli təbii-iqlim şəraiti, keyfiyyətli torpaq resursları, eləcə də sənaye və aqrar sektoru, eləcə də sağlamlıq turizminə bağlı resursları onun yüksək potensialından soraq verir: «Səmərəli idarəetmə sistemi qurularsa, bölgə də iqtisadi baxımdan öz ehtiyaclarını qarşılaya bilər».

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button