Loading...
Loading...
Xəbərlər

Nazarbayev ortaya çıxdı və pensiyada olduğunu bildirdi

Bakı/18.01.22 Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev ilin əvvəlində baş vermiş iğtişaşlardan sonra ilk dəfə həmvətənlərinə videomüraciət edib.

“Qazaxıstana hücum”da məqsəd ölkənin bütövlüyünü dağıtmaq idi. Onun sözlərinə görə, baş vermiş faciə hamı üçün dərs oldu qırğınları kimlərin  törətdiyini, iğtişaşlar zamanı qətllərə görə kimlərin məsuliyyət daşıdığını aydınlaşdırmaq lazımdır.

“Mənə ünvanlanan çoxsaylı müraciətlərə KİV-də yayılan məlumatlara cavab olaraq bildirirəm ki, 2019-cu ildə prezident səlahiyyətlərimi Qasım-Jomart Tokayevə verdim o vaxtdan təqaüdçüyəm. Hazırda Qazaxıstanın paytaxtında layiq olduğum istirahətdəyəm heç bir yerə getməmişəm”,- Nazarbayev deyib.

O qeyd edib ki, “ölkə elitasında heç bir münaqişə ya qarşıdurma yoxdur” bu mövzuda bütün mülahizələr  səhih deyil.

Həmçinin Nazarbayev Qazaxıstanın hazırkı prezidentinin təklif etdiyi islahatlar proqramını dəstəkləməyə çağırıb.

Qazaxıstanda etiraz aksiyaları yanvarın 2-də maye qazın qiymətinin iki dəfə bahalaşması fonunda başlayıb. Belə ki, vətəndaşların əksəriyyəti avtomobili üçün bundan istifadə edir.   

Etirazlar iğtişaşlara çevrilib, qarətçilər radikallar fəallaşıb. Hakimiyyət yanvarın 19-dək fövqəladə vəziyyət tətbiq edib, daha sonra yardım üçün Kollektiv Təhükəsilzik Müqaviləsi Təşkilatına müraciət edib bu təşkilat Qazaxıstana sülhməramlıları göndərib. -02D-

Turan
“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun