2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Nazarbayev ortaya çıxdı və pensiyada olduğunu bildirdi

Bakı/18.01.22 Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev ilin əvvəlində baş vermiş iğtişaşlardan sonra ilk dəfə həmvətənlərinə videomüraciət edib.

“Qazaxıstana hücum”da məqsəd ölkənin bütövlüyünü dağıtmaq idi. Onun sözlərinə görə, baş vermiş faciə hamı üçün dərs oldu və qırğınları kimlərin  törətdiyini, iğtişaşlar zamanı qətllərə görə kimlərin məsuliyyət daşıdığını aydınlaşdırmaq lazımdır.

“Mənə ünvanlanan çoxsaylı müraciətlərə və KİV-də yayılan məlumatlara cavab olaraq bildirirəm ki, 2019-cu ildə prezident səlahiyyətlərimi Qasım-Jomart Tokayevə verdim və o vaxtdan təqaüdçüyəm. Hazırda Qazaxıstanın paytaxtında layiq olduğum istirahətdəyəm və heç bir yerə getməmişəm”,- Nazarbayev deyib.

Saytların yığılması Saytlarin yigilmasi

O qeyd edib ki, “ölkə elitasında heç bir münaqişə və ya qarşıdurma yoxdur” və bu mövzuda bütün mülahizələr  səhih deyil.

Həmçinin Nazarbayev Qazaxıstanın hazırkı prezidentinin təklif etdiyi islahatlar proqramını dəstəkləməyə çağırıb.

Qazaxıstanda etiraz aksiyaları yanvarın 2-də maye qazın qiymətinin iki dəfə bahalaşması fonunda başlayıb. Belə ki, vətəndaşların əksəriyyəti avtomobili üçün bundan istifadə edir.   

Etirazlar iğtişaşlara çevrilib, qarətçilər və radikallar fəallaşıb. Hakimiyyət yanvarın 19-dək fövqəladə vəziyyət tətbiq edib, daha sonra yardım üçün Kollektiv Təhükəsilzik Müqaviləsi Təşkilatına müraciət edib və bu təşkilat Qazaxıstana sülhməramlıları göndərib. -02D-

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button