2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Nazir: “Müvafiq portal vasitəsilə Azərbaycanın erməni sakinləri tərəfindən daxil olan müraciətlər nəzərdən keçirilir”

Müvafiq portal vasitəsilə Azərbaycanın erməni sakinlər tərəfindən daxil olan müraciətlər nəzərdən keçirilir.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə telefon danışığı zamanı bildirib.

Nazir Azərbaycanın erməni sakinlərinin reinteqrasiyası istiqamətində işlər həyata keçirildiyini qeyd edib.

Söhbət zamanı bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində səylərə mane olan təxribatçı addımların, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı olan çağırışları dəstəkləyən bəyanatlardan çəkinməyin vacib olduğu vurğulanıb. Azərbaycanın bütün ərazisində suverenliyinin bərpa edilməsindən sonra, Ermənistanla sülh sazişi imzalanması üçün real şansların olduğu, Ermənistan tərəfindən bu imkanların müsbət dəyərləndiriləcəyinə ümidvar olduğumuz diqqətə çatdırılıb.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button