Now Reading:
Nazirlik 24saat.org saytının bloklanması üçün məhkəməyə müraciət etdi

Məhkəmə iclası 07 avqust saat 14.00-da Səbail rayon məhkəməsində keçiriləcək

Az24saat.org saytının bloklanması üçün məhkəməyə müraciət edilib. Bu barədə saytın baş redaktoru Vüqar Qurdqanlı məlumat verib. Onun sözlərinə görə, saytın bloklanması üçün Səbail rayon məhkəməsinə müraciəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi edib. 07 avqist saat 14.00-a təyin edilmiş məhkəmə iclası hakim Şahin Abdullayevin sədrliyi ilə keçiriləcək.

Vüqar Qurdqanlı bildirir ki, 06 avqust 2018-ci il tarixində saat 00:15-ə 24saat.org saytının elektron poçtuna Elektron Təhlükəsizlik Xidmətinin direktoru Faiq Fərmanov tərəfindən xəbərdarlıq daxil olub. Xəbərdarlıqda prezidentin köməkçisi Əli Həsənovun adının çəkildiyi 4 yazının 8 saat ərzində silinməsi tələb edilib. Baş redaktor bildirir ki, tələb qanunsuz və anlaşılmaz olduğu üçün yazılar silinməyib: “Çünki xəbərdarlıqda yazıların “az24saat.org.az” domenli saytdan siinməsi tələb edilir. Sözügedən saytın isə mənə aiddiyatı yoxdur. Çünki bizim saytımız “az24saat.org” saytıdır. Bu səbəbdən, xəbərdarlıqda qeyd edilən – “Prezidentin köməkçisi Əli Həsənov AZTV-yə sədr göndərilə bilər”, “Mətbuat şurası Əli Həsənovun ad gününə Qurultay hədiyyə etdi”, “İlham Əliyevə yanlış məlumat verən şəxs ƏLİ HƏSƏNOVDUR?” və “APA-nı kim, niyə bağladı?” başlıqlı məqalələr saytdan silinmədi. Xəbərdarlıqda böhtan, yalan və qərəzli ifadələrə yol verildiyi iddia edilsə də, sözügedən yazılar informasiya və analiz xarakterli məqalələrdir”.

Vüqar Qurdqanlı qeyd edir ki, 06 avqust axşam saatlarında telefonuna məhkəmə ilə bağlı bildiriş daxil olub və bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mürqciətinə baxılacaq.

Baş redaktor əlavə edir ki, “24saat.org” saytının əsas domen adı olan “www.24saat.org” 5 may 2017-ci il tarixində heç bir xəbərdarlıq olmadan Azərbaycan ərazsinində bloklanıb. Buna səbəb həmin ərəfədə Azərbaycan ərazisində bloklanan meydan.tv, azadliq.info. azadliq.org və digər saytların bütün xəbərlərini istisnasız olaraq təkrar yaymağımız olub.
Sözügedən domen bloklandığı üçün sayt bir neçə vaxtdır “Az24saat.org” domen adı ilə fəaliyyət göstərir.

Qeyd edək ki, indiyədək Azərbaycanda məhkəmə qərarı ilə bloklanan internet resursları aşağıdakılardır:
2017-ci ilin mayın 12-də isə Səbail rayon Məhkəməsinin qərarıyla AzadlıqRadiosunun azadliq.org, “Azadlıq” qəzetinin azadliq.info, MeydanTV-nin meydan.tv, ölkə xaricindən yayımlanan Turan TV-nin turan.tv və “Azərbaycan saatı” televiziya proqramının azerbaycansaati.org saytları bloklanıb.
Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib. Nazirlik iddiasının Baş Prokurorluğun müraciətinə söykəndiyini bildirib. Müraciətdə sözügedən saytlarda dövlətin maraqlarına ziyan vuran bir sıra yazıların yayıldığı iddia edilib. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib.

Yada salaq ki, 2017-ci ilin martın 10-da Milli Məclisin plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” və “Telekommunikasiya haqqında” qanunlara dəyişikliklə internet resurslarının dövlət qurumu tərəfindən rəsmi qaydada bloklanma qaydaları qəbul edilib.

Az24saat.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.