2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Netanyahu göstəriş verdi… Budur İsrailin Türkiyə planı

2023-08-30 16:28:43

class=”mediyanet-inline-adv”>

İsraillə Türkiyə arasındakı buzlar əriməkdə davam edir.

Saytların yığılması Saytlarin yigilmasi

Qarşılıqlı atılan addımlar öz bəhrəsini verməyə davam edərkən ərəb mətbuatından diqqətçəkən bir iddia gəldi.

Londonda yayımlanan Səudiyyə Ərəbistanında yerləşən “Asharq Al-Awsat” İsrailin baş naziri Netanyahunun Türkiyə ilə bağlı planından yazıb.

Səudiyyə Ərəbistanı qəzeti “Netanyahu Türkiyə üzərindən Avropaya qaz kəməri çəkməyi düşünür” başlığı ilə oxucularının qarşısına çıxıb.

“Asharq Al-Awsat” xəbər verir ki, Netanyahu nazirlik rəsmilərinə İsrailin cari qaz ixracına alternativləri araşdırmaq göstərişi verib və aşağıdakı bəyanatı əlavə edib:

“Nəzərdə tutulan variantlardan biri də Türkiyədən İsrailin ən böyük dəniz qaz yatağı olan Leviafana sualtı boru kəmərinin çəkilməsidir”.

Sözügedən plan çərçivəsində qaz Türkiyəyə, oradan da Cənubi Avropa ölkələrinə yönəldiləcək.

class=”mediyanet-inline-adv”>

Eyni xəbərə görə, bu plan sayəsində Avropanın Rusiya boru kəmərindən asılılığı da azalacaq.

Türkiyənin bu planda əsas əhəmiyyət kəsb etdiyini vurğulayan Səudiyyə qəzeti bu cür qiymətləndirməni edib;

“Təklif olunan boru kəməri əsas Türkiyə-Avropa boru kəmərini İsraildə və Misir və BƏƏ kimi qonşu regionlarda zəngin qaz ehtiyatlarına bağlamaq məqsədi daşıyır”.

“Siyasi mənbələr Netanyahunun Ərdoğanın bu boru kəmərinin Türkiyə üzərindən Avropaya keçməsini istədiyini bildiyini söylədi” deyən Asharq Al-Awsat xəbərinə bu açıqlama ilə davam etdi;

“Eyni mənbələr əlavə edib ki, Netanyahu Türkiyədən bu məsələdə konkret addımlar tələb etməsini gözləməlidir”.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button