2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Netanyahudan Nazarbayevə: “Ruhaniyə çatdır ki, biz dovşan yox, pələngik…”

İsrailin baş naziri Benyamin Netanyahu Qazaxıstana səfəri zamanı prezident Nursultan Nazarbayevdən xahiş edib ki, bu müsəlman ölkəsinin prezidenti onun mesajını İran prezidentinə çatdırsın: “Bizi təhdid etməyin, biz dovşan deyilik, pələngik. Əgər Siz bizi təhdid etsəniz özünüzü təhlükəyə atmış olursunuz”.

Virtualaz.org İsrail KİV-lərinə istinadən xəbər verir ki, Netanyahu bu mesajı Nazarbayevin istəyi ilə çatdırıb. Gələn həftə İran prezidenti Həsən Ruhani ilə görüşü nəzərdə tutulan Nazarbayev İsrail prezidentindən soruşub: “İran prezidentinə Sizin adınızdan nəyi çatdırmağımı istərdiniz?”

Saytların yığılması Saytlarin yigilmasi

Benyamin Netanyahu isə həmin mesajı onun adından Ruhaniyə çatdırmağı xahiş edib.

Xəbər verildiyi kimi İsrail baş naziri dekabrın 13-də Bakıda işgüzar səfərdə olub, buradan Qazaxıstana gedib. Qazaxıstanda Netanyahunu çoxsaylı israilli biznesmenlər də müşaiyət edirdi.Netanyahu bu gün səhər səfərini başa vuraraq Astanadan İsrailə yola düşüb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button