2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Netanyahunun qan donduran sözləri: Hizbullah səhv etsə, Livan məhv olacaq

class=”mediyanet-inline-adv”>

İsrailin baş naziri Netanyahu dünən axşam keçirdiyi mətbuat konfransında açıqlama verib.

İsrailin bütün gücü ilə müharibəni davam etdirdiyini bildirən Netanyahu, “Münaqişələr davam edir. Ötən gün Müharibə Nazirləri kabineti ilə birlikdə İsrail Müdafiə Qüvvələrinə (IDF) artan güclə döyüşü davam etdirməyi tapşırdım. Son 24 saat ərzində HƏMAS-ın 400-dən çox hədəfini məhv etdik. Biz Xan Yunisdə hərtərəfli hava zərbələri həyata keçirdik. Beyt Lahiyadakı infrastrukturu məhv etdik. Qəzza zolağının şimalında fəaliyyətimizi davam etdiririk. Biz müharibəni bütün məqsədlərə çatana qədər davam etdirəcəyik və quru əməliyyatı olmadan bu məqsədlərə nail olmaq mümkün deyil. “Yerüstü əməliyyat bu günə qədər əldə edilmiş nəticələrə nail olmaq üçün lazım idi və gələcək nəticələrə nail olmaq üçün də lazımdır”, – o bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

class=”mediyanet-inline-adv”>

“HİZBULLAH SƏHV EDƏSƏ, LİVAN MƏHV EDİLƏCƏK”

İsrailin şimalda da Hizbullahı hədəf aldığını bildirən Netanyahu, “Hizbullahın şimalda bizə qarşı hərəkətə keçmə cəhdlərinə qarşı davamlı olaraq tədbir görürük. Biz düşməni sərhədimizdən uzaqlaşdırır, döyüş materiallarını məhv edirik. Bizə qarşı olan aqressiya qarşısında boş oturmuruq. Dəfələrlə atəş açırıq. Biz cənubda və şimalda təhlükəsizliyi bərpa etməkdə qərarlıyıq. Hizbullah səhv edib genişmiqyaslı müharibəyə başlasa, Livanı öz əlləri ilə məhv edəcək. “Bizi çətin döyüş gözləyir, amma sonda qalib gələcəyik.

2023-12-03 13:49:36

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button