2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Nikol Paşinyan Avrasiya İttifaqının siyasiləşməsini istəmir

“Bu, mütləq birləşmənin fundamental prinsiplərinin korroziyasına gətirib çıxaracaq” 

Avrasiya İqtisadi İttifaqı (Aİİ) iqtisadi birlik olduğundan onun siyasi və geosiyasi gündəmi olmamalıdır”.

Bunu yanvarın 1-dən Aİİ-yə sədrliyini təhvil alacaq Ermənistanın Baş naziri Nikol Paşinyan qurumun İqtisadi Şurasının iclasında deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Ermənistanın sədrliyinin Aİİ haqqında Müqavilənin imzalanmasının onuncu ildönümü ilə üst-üstə düşməsi simvolikdir. Bu da qurumun siyasi, daha çox geosiyasi gündəmi olmayan iqtisadi birlik olması prinsipinə əsaslanan postulatdır. Avrasiya inteqrasiyasını siyasiləşdirmək cəhdlərinin qarşısını almağa çalışaraq, bunu bu cür dərk etməyə və bu kontekstdə iqtisadi əməkdaşlığımız çərçivəsində qarşılıqlı əlaqəni inkişaf etdirməyə davam edirik”, – deyə Ermənistanın Baş naziri əlavə edib.

O, həmçinin qeyd edib ki, Aİİ və onun iqtisadi prinsipləri siyasi ambisiyalarla əlaqələndirilməməlidir.

Nikol Paşinyan. Foto: Meydan TV

Nikol Paşinyanın sözlərinə görə, əsas ticarət və inteqrasiya azadlıqları siyasi mülahizələrə görə məhdudlaşdırıla bilməz və məhdudlaşdırılmamalıdır:

Bu, mütləq birləşmənin fundamental prinsiplərinin korroziyasına gətirib çıxaracaq”. 

Baş nazir hesab edir ki, Aİİ-də ümumi enerji bazarlarının fəaliyyətinə yanaşmalar kimi fundamental xarakterli həll olunmamış problemlər var. Paşinyan enerji səmərəliliyinin artırılması və bərpa olunan enerjinin inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsinin zəruriliyini qeyd edib.

Sammitdən əvvəl jurnalistlərin daha çox Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyü haqda suallarına cavab verən Belarus Prezidenti Aleksandr Lukaşenko əminliklə deyib ki, Yerevan üzvlüyünü saxlayacaq.

Ermənistan iqtisadi cəhətdən ölmək istəsə, biz onu itirə bilərik. Amma mən düşünmürəm ki, ermənilər axmaq insanlardır. Onlar ağıllıdırlar”, – Lukaşenko belə deyib.

A.Lukaşenko N.Paşinyanın Minskə gəlməyib, Sankt-Peterburqa uçmasından inciyibmi sualına belə cavab verib:

Aleksandr Lukaşenko. Foto: MeydanTV

Mən onun Sankt-Peterburqa uçacağını bilirdim. Onunla danışanda dedim: “Nikol Vovaeviç, sən Sankt-Peterburqa uçacaqsan? O cavab verdi ki, bu, başqa formatdır, iqtisadidir: “Biz hərbi-siyasi, KTMT-dən incimişik. İqtisadiyyat isə budur”. Mən bilirdim ki, o, Sankt-Peterburqa uçacaq. Mən o vaxt da bu işdə onu dəstəkləyirdim, indi də dəstəkləyirik”.

Lukaşenko Ermənistanın Aİİ-yə üzvlüyündən narahat olmadığını vurğulayıb.

Mən bu barədə düşünmürəm və narahat deyiləm, əminəm ki, Ermənistan heç yerə getməyəcək”, – deyə Belarus başçısı əlavə edib.

A.Lukaşenkonun sözlərinə görə, Yerevan Əfqanıstanın timsalında amerikalılar oranı tərk edəndə nə baş verdiyini çox gözəl gördü. Eyni zamanda, Lukaşenko Qərb dövlətlərinin Ermənistana hər hansı şəkildə kömək edəcəyi fikrinə də şübhə ilə yanaşır:

“Onlara kim kömək edəcək? Orada Avropa, Fransa nəsə etməyə çalışır. Görürsən, Fransada nələr baş verir. Bunu özləri başa düşməlidirlər, sonra Qafqaza gedib orada nəsə etməyə çalışsınlar. Ermənilər bunu görürlər. Bu proseslərə görə Ermənistan mütləq burada, bizimlə olacaq”.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button