2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Növbəti sələmçi qətli: Lənkəranskinin qonşuları niyə öldürüldü? – Təfərrüat

Noyabrın 22-də Lənkəranın Kiçik bazar məhəlləsində növbəti müəmmalı ölüm hadisəsi baş verib. 24saat.org evində ölü tapılan ahıl ər-arvadın qətlinin səbəblərini və təfərrüatını öyrənməyə çalışıb.

Əldə etdiyimiz məlumatda deyilir ki, hadisə ötən gün şəhərin Şəhidlər xiyabanı 10 ünvanında qeydə alınıb. Bu ünvanda yaşayan 1939-cu il təvəllüdlü Aydın Mirzəli oğlu Allahverdiyev və həyat yoldaşı, 1941-ci il təvəllüdlü Azadə Rəcəb qızı Allahverdiyevanın meyiti tapılıb.

Meyitlər müayinə üçün morqa aparılıb və hələ də dəfn olunmayıb. Yerli sakinlərdən sızan xəbərə görə, qətlin sələmçiliklə bağlı baş verdiyi ehtimal olunur.

Saytların yığılması Saytlarin yigilmasi

Aydın Kiçik bazarda tanınmış adamlardan imiş. O, vaxtını əsasən Kiçik bazar məscidinin yaxınlığındakı çayxanada domino oynamaqla keçirən pensiyaçı idi. Sakit, yaşlı bir adam olub. Onun Azad adlı oğlunun olduğu xəbər verilir.

Məlumatda deyilir ki, mərhum uzun müddətdir sələmçiliklə məşğul imiş. Hadisənin də sələmə pul verdiyi şəxslərdən birinin törətdiyi ehtimal olunur. Əldə etdiyimiz bilgilərə görə, cinayəti narkomanların törətməsi istisna edilmir.

Onların silah kimi küt alətdən istifadə etdikləri bildirilir. Hadisədən sonra evə daxil olan qonşuları stolun üstündə şoraba, boşqab və s. görüblər. Ahıl ər-arvad isə yerdə uzanmış vəziyyətdə aşkarlanıb.

24saat.org xəbər verir ki, bu, Kiçik bazarda sələmçiliyə görə ilk belə qətl hadisəsi deyil. 2014-cü il martın 21-də bayram günü A.Allahverdiyevin qonşusu, Şəhidlər Xiyabanı – 5 ünvanında yaşayan sələmçi Sürəyya Tağıyeva qətlə yetirilib.

Onu qapı qonşusu Samid Hüseynovun qətlə yetirdiyi üzə çıxıb.

S.Tağıyeva uzun illərdi tək yaşayırdı. Onu rayonda sələmçi kimi tanıyırdılar. Hadisədən sonra polis evindən 5 kilo qızıl çıxardığı iddia olunur. Eyni zamanda kimlərə sələm verdiyi, kimlərin ona aylıq pul ödədiyini sübut edən siyahı ortaya çıxıb.

Bundan başqa, rayonun Mamusta kəndində də sələmçi qadının evinə basqın olmuşdu. Onlar sələmçiyə xəsarət yetirməsələr də, evindəki qızıl dolusu seyfini götürüb aparıblar. Hadisənin 2 gün əvvəl baş verdiyi iddia olunur.

Xatırladaq ki, Kiçik bazarda qətlə yetirilən sələmçilər məşhur kriminal avtoritet, İstanbulda öldürülən Rövşən Lənkəranskinin ata evinə yaxın yaşayır.

Yəni onlar qonşudurlar.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button