2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Nurəddin Məmmədli: “Ölkədə talançılıq, rüşvətxorluq, yalançılıq əvvəlkindən artıq miqyasda davam edir”

24saat.org Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin sədri, professor Nurəddin Məmmədli ilə müsahibəni təqdim edir:

 


– Nurəddin bəy, Baş Prokurorluğun REAL Hərəkatının İranla əlaqələrini araşdıraqmaq məqsədilə atdığı addımları necə qiymətləndirirsiniz?
– Bütün ölkələrdə səfirliklərin əsas vəzifələrindən biri də ayrı-ayrı siyasi partiyalar və ictimai qurumlarla görüşməkdir. Şübhəsiz ki, mən siyasətdə olduğum uzun illər ərzində onlarla səfirliyin nümayəndələri ilə görüşmüşəm. Bəzən təklif onlardan gəlib, bəzən bizdən. Müzakirələr aparmışıq. Bu müzakirələr zamanı bəzən hansısa diplomatik korpus üzərinə vasitəçilik götürərək hakimiyyətlə danışıqlar aparıb. Belə fəaliyyət bilavasitə səfirliklərin səlahiyyətinə aid olan məsələdir. Bu kimi məsələlərdə səfirliklər tam müstəqil davranmaq hüququna malikdir. Əlbəttə, REAL Hərəkatının rəhbərliyinin İran diplomatı ilə müzakirələr zamanı hansı məsələləri qaldırdığı, görüş zamanı konkret nələrin müzakirə edildiyi haqda məlumatsızam. Ancaq REAL Hərəkatının nümayəndələrinin istənilən səfirliklə görüşməsindən çıxan nəticənin belə araşdırılması Azərbaycan rejiminin xarakterinə uyğundur. Başqa sözlə, alternativ düşüncəyə və siyasətə aid olan qüvvələri susdurmaqdır. Bu olduqca yolverilməz hadisədir. Ən maraqlısı odur ki, bu görüşlə bağlı REAL rəhbərliyi özü mətbuata açıqlama verib. Onların açıqlamasında görünür ki, digər səfirliklərin nümayəndələri ilə də müzakirələr aparılıb.

Saytların yığılması Saytlarin yigilmasi

 
– O halda niyə İran səfirliyi ilə görüş bu qədər diqqət cəlb edir?
– Bunu rejimin apardığı siyasətə uyğun dəyərləndirmək olar. Başqa səfirliklərlə görüşlərlə bağlı belə addımlar atmaq hakimiyyət üçün problemlər yarada bilər. Ona görə də, məhz İran səfirliyinin adından istifadə edib bu addımı həyata keçirirlər. Prinsip etibarı ilə bu rejimin fəaliyyəti hüquqi əsasla olmadığından onlardan istənilən addımı gözləmək olar. Hesab edirəm ki, bu hakimiyyətin müxalifətə qarşı növbəti demarşdır və düşünmürəm ki, bunun ciddi nəticələri ola bilər.

 
– Artıq Nardaran İşi yekunlaşdı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya 10 il cəza verildi. Eləcədə dindarlara ağır cəzalar kəsildi. Vəziyyəti necə qiymətləndirirsiniz?
– Bu gün şərti adı “Nardaran-2” deyilən bir proses davam edir. Bu prosesdə şəxsən mənim tanıdığım xeyli sayda Müsəlman Birliyi Hərəkatının nümayəndələri, Taleh Bağırzadənin müavini ittihamlar kürsüsündə əyləşib. Eləcə də, “Nardaran-1” prosesinin işıqlandırılmasında, məhkəmənin gedişində fəal olan insanların oğurlanması prosesi də davam etməkdədir. Mənim fikrimcə, hakimiyyət Nardaran adı altında gedən istintaq və məhkəmə prosesində tamamilə iflasa uğradığını bağışlamaq istəmir. Bunun qarşılığı olaraq olanları, dediklərini müəyyən vasitələrlə kompensasiya etməyə çalışırlar. Bu təqib prosesi davam edir. Ancaq məncə, Nardaran işi bir çox cəhətləri ilə Azərbaycan tarixində ən möhtəşəm uğurlardan biridir.

 
– Konkret nəyi nəzərdə tutursunuz?
– İlk olaraq hakimiyyət zorakı vasitələrlə qazandıqları uğurları bu dəfə məhkəmə və ictimaiyyətdə davam etdirə bilmədi, əksinə ifşa oldu və ciddi zərbələr aldı. Məhz bunun nəticəsidir ki, ilk dəfədir ki, dünya Azərbaycandakı ruhani və mömin kəsimin işlərinə bu qədər ciddi əhəmiyyət verdi. Hesab edirəm ki, bu proses zamanı ittiham olunanların hamısı bir qayda olaraq siyasi məhbus statusu olacaq.
İkincisi, Azərbaycanda ilk dəfə mötədil islamçılarla liberal dəyərləri bölüşən siyasi qüvvələr arasında yaxşı münasibət yarandı. Azərbaycan xalqı dərk etdi ki, hamı rejimdən eyni dərəcədə təqiblərə məruz qalır. Və birgə mübarizə aparmağın çox vacib olduğu ortaya qoyuldu. Ən başlıcası isə mən növbəti dəfə Nardaran İşində müttəhim kürsüsündə əyləşən insanlara təşəkkürümü bildirirəm. Çünki altı adamın ölümü ilə nəticələnən bu kampaniyanın əsas hədəf Azərbaycan Xalq Cəbhəsi Partiyası və Milli Şura idi. Bizim dindar qardaşlarımızın çox böyük mətanəti və cəsarəti nəticəsində hakimiyyət istədiyinə nail ola bilmədi. Əksinə, özlərini ciddi zərbə altına saldı. Bütün bunlar hakimiyyəti kifayət qədər narahat etməkdədir. Eyni zamanda ölkədə indiyə qədər aftonom şəkildə fəaliyyət göstərən, bəzi hallarda xoş münasibətdə olmayan siyasi və ictimai güclərin birləşmə ehtimalını ortaya qoydu ki, bunu da xüsusi olaraq vurğulamaq lazımdır.

 
– Bundan sonra hadisələr hansı istiqamətdə inkişaf edə bilər?
– Bundan sonrakı hadisələrin inkişafında yeni şey gözləmək olmaz. Hakimiyyət birmənalı şəkildə nümayiş etdirir ki, hər hansı bir islahat aparmaq niyyətində deyil. Əslində heç buna iradəsi, istəyi də yoxdur. Ölkədə talançılıq, rüşvətxorluq, yalançılıq əvvəlkindən artıq miqyasda davam edir. Azərbaycanda idarəçilik sistemində dəyişməz kontur zorakılıq, təqib və təzyiq üzərində qurulub. Mən hesab edirəm ki, bu uğurlu siyasət deyil.

 
– Nə mənada uğurlu deyil və hansı nəticələr yarada bilər?
– Yəni bu siyasət həm hakimiyyətin özü, həm də xalq üçün çox böyük problemlər yaradan bir istiqamətdir. Və haradasa qırılma nöqtəsinə çatmalıdır. Çünki ölkəni idarə etmək üçün xalqı yedirtmək lazımdır, problemlərinin həlli ilə məşğul olmaq lazımdır. Bu qədər təqiblə, təzyiqlə xalqı əsarətdə saxlamaq mümkün olmayacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button