Bizim tərcüməDünya

O ölkədə çaxnaşma yaradan xəbərdarlıq! Su altında qalacaq… 1,5 milyon insan köç edəcək

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

Bir çox ekspertlər zaman-zaman deyirlər ki, qlobal istiləşmə bütün dünyada geri dönməz və dağıdıcı nəticələrə səbəb ola bilər. Nəhayət, Misirin məşhur şəhəri İsgəndəriyyə ilə bağlı qorxulu xəbərdarlıq edilib. Misirdə çıxan “Əl-Əhram” qəzetində yer alan xəbərə görə, Misirin ən böyük limanına sahib olan İsgəndəriyyə şəhərinin dəniz sularının qalxması nəticəsində su altında qala biləcəyi xəbərdarlığı edilib.

Sözügedən xəbərdə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelinin (IPCC) məlumatlarına xüsusi diqqət yetirilib. Xəbərə görə, 2050-ci ilə qədər dünyaca məşhur İsgəndəriyyə şəhərinin üçdə birinin su altında qalacağı bildirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu fəlakətin miqrasiyaya ciddi təsir edəcəyi proqnozlaşdırılır. Bildirilir ki, hazırda 6 milyon nəfər olan şəhərdən 1 milyon 500 min nəfər köçməli ola bilər. Digər tərəfdən, şəhərdəki qədim əsərlər və tarixi sərvətlərin də böyük təhlükə ilə üzləşdiyi bildirilir.

Ciddi təbii təhlükə ilə üzləşdiyimizi ortaya qoyan xəbərlərdə İsgəndəriyyə dəniz sahilinin hər il 3 millimetr yüksəldiyi də vurğulanıb. Xəbərlərdə Aralıq dənizi ilə bağlı xəbərdarlıq da var idi. Buna əsasən, yaxın 30 ildə Aralıq dənizinin sularının bir metr yüksələ biləcəyi qeyd edilib.

Bildirilib ki, iqlim mütəxəssisləri dəniz səviyyəsinin bu qədər artması səbəbindən Nil Deltası ətrafındakı münbit torpaqların üçdə birinin yararsız hala düşəcəyini proqnozlaşdırırlar. (AA)

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button