2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Obamanı söyən Dutert Trampın qonağı olacaq

ABŞ prezidenti Donald Tramp qeyri-adi açıqlamaları ilə vaxtaşırı mediaya gündəm olan Filippin prezidenti Rodriqo Dutertlə telefon söhbəti edib. Söhbətdə Şimali Koreya məsələsinin müzakirə edildiyi bildirilir. Ağ Evdən verilən açıqlamada Trampın Filippin liderini Vaşinqtona dəvət etdiyi və iki liderin noyabr ayından bir görüş keçirəcəkləri deyilir.

Dutert bir neçə gün əvvəl ABŞ-a Şimali Koreya məsələsində soyuqqanlı bir siyasət yürütməyi təklif etmiş, “dünyanın sonunu gətirmək istəyən” Kim Çenin çörəyinə yağ sürməmək lazım olduğunu söyləmişdi.
Şimali Koreya ilə əlaqədar açıqlamalarının ardından ABŞ prezidenti Trampla telefon söhbəti edən Dutert keçən ilin son aylarında Obama ilə yaşadığı polemika ilə gündəm yaratmışdı.

Saytların yığılması Saytlarin yigilmasi

Dutert Filippinin paytaxtı Laosda Obama ilə keçirəcəyi görüşdən əvvəl insan hüquqları məsələsini gündəmə gətirməyə hazırlaşan ABŞ prezidentini küçə söyüşü ilə söymüşdü. Obama bu sözlərdən sonra Laos ziyarətini ləğv etmişdi.

Filippin lideri ABŞ-dakı seçki kampaniyası dövründə onu Trampa bənzədənlərə isə “o fanatikdir, mən deyiləm” sözləriylə cavab vermişdi.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button