2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Oklahoma ştatının hərbi nümayəndə heyəti Müdafiə Nazirliyində görüşlər keçirir

Bakı/29.07.21 Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general Hüseyn Mahmudov cümə axşamı Oklahoma ştatının Milli Qvardiyasının komandanı general Maykl Tompsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tərəflər Azərbaycan Silahlı Qüvvələri və Oklahoma ştatının Milli Qvardiyası arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər, qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Amerika nümayəndə heyətinin Azərbaycana Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinə ziyarəti təşkil olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Xatırladaq ki, Amerikanın Oklahoma ştatının qubernatorunun başçılıq etdiyi böyük nümayəndə heyəti bir neçə gündür ki, Azərbaycanda səfərdədir. Nümayəndə heyəti ölkə prezidenti və müdafiə naziri tərəfindən qəbul edilib. -02D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button