2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Ölkə ərazisindəki yollarda ən son vəziyyət

Qarlı, şaxtalı hava şəraiti ilə bağlı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin (ASC) texnika və canlı qüvvəsi hazırlıqlı vəziyyətə gətirilib.

24saat.org xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, Bakıda və ölkə ərazisində problemli yollar nəzarətə götürülüb:

Saytların yığılması Saytlarin yigilmasi

“Hər hansı problem olarsa, texnika və canlı qüvvə həmin ərazilərə cəlb olunacaq. Hazırda Bakıda və ölkə ərazisindəki bütün avtomobil yollarında avtomobillərin hərəkəti üçün problem yoxdur”.

A.Nəcəfli bildirib ki, tədbirlər görülməsinə baxmayaraq, sürücülər nasaz avtomobillərlə yollara çıxmasınlar: “Təcrübəsiz və hazırlıqsız sürücülər yollara çıxmasınlar. Həmin avtomobillər və sürücülərə görə digər hərəkət iştirakçıları da əziyyət çəkir, yollarda tıxaclar yaranır. Həmçinin, həmin sürücülərə görə texnikalarımız problem müşahidə olunan ərazilərə vaxtında çata bilmir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button