Öndər Məhəmməd Əmin Rəsulzadənin əbədiyyata qovuşmasından 62 il ötür
Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Rəsulzadə Azərbaycan tarixinə Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banisi kimi düşüb. O, həmçinin Azərbaycan siyasi mühacirətinin liderlərindən biri olub. Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olan Rəsulzadə, Azərbaycan milli istiqlal hərəkatına başçılıq edib.
Onun “Bir kərə yüksələn bayraq, bir daha enməz!” ifadəsi daim Azərbaycanda müstəqillik hərəkatının şüarı olub.
Ankara Universitetinin tibb fakültəsinin klinikasında şəkər xəstəliyindən yatan Azərbaycan ideasını reallaşdıran dahi rəhbər Məhəmməd Əmin 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan!” deyərək əbədiyyətə qovuşub.
Ankara radiosu martın 7-sində saat 22:45-də sabiq Azərbaycan milli şürasının sədri M.Ə.Rəsulzadənin vəfat etdiyi xəbərini təəssüflə bütün dünyaya yaydı.
24saat.org