2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Onlar hələ ki, gizli təşkilatlanır, amma ortaya silahla çıxacaqlar”

İlham İsmayıl: “Aclıq və işsizlik radikal dindarların fəaliyyəti üçün münbit şərait yaradır”

Son aylar Azərbaycanda radikal dindarlara qarşı aparılan əməliyaytların sayının artması, eləcə də gündən-günə artan terror təhdidləri bu təhlükənin görülən bütün tədbirlərə rəğmən azalmadığını, əksinə artdığını göstərir.
Maraqlıdır, bu gün ölkəmizdəki ağır iqtisadi-sosial vəziyyət gəncləri müxtəlif maddi şirnikləndirmələr yolu ilə öz sıralarına qatmağa can atan radikal dini qruplaşmaların fəaliyyəti üçün nə dərəcədə əlverişlidir? Bu qruplar gənclərin maddi durumunun yetərsizliyindən öz məqsədləri üçün istifadə edə bilərmi?

Saytların yığılması Saytlarin yigilmasi

 
24saat.org-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl mövcud durumun radikal dini qrupların öz sıralarını genişləndirmək üçün əlverişli şərait yaratdığını qeyd etdi:
“Iqtisadi böhran və bu böhranın yaratdığı işsizlik, aclıq, bahalaşma radikal dindarlar üçün münbit şərait yaradır. Onlar əhalini, xüsusilə də gəncləri öz tərəflərinə çəkmək üçün öz mərkəzlərindən maliyyə vəsaitləri almaq, bunun hesabına kimlərisə öz tərəflərinə çəkmək, etirazlar yaratmaq, etirazların dairəsini genişləndirmək, gizli təşkilatlanmaq və gərəkəndə bir anın içində ortaya çıxmaq baxımıından daha münbit şərait əldə edirlər. Onlar ortalığa çıxanda isə silahla çıxacaqlar. Sadəcə etiraz aksiyası, nümayişlə çıxmayacaqlar. Onlar silahla çıxanda isə terror hadisələri baş verə bilər. Sabitlik pozula bilər.
Ona görə də, bu istiqamətdə işlər paralel şəkildə getməlidir. Həm təhlükəsizlik tədbirləri görülməli, həm də əhali arasında aktiv iş aparmaq lazımdır. Ölkə əhalisinin maddi rifahını yüksəltmək, iqtisadiyyatı gücləndirmək üçün addımlar atılmalıdır.
Unutmaq olmaz ki, bütün zamanlarda aclıq, iqtisadi böhran radikal dindarlar üçün münbit şərait olub”.

 

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button