2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

OPEC və Rusiyanın razılığa gəlməsinə baxmayaraq neftin qiyməti düşüb

Neft ixrac edən ölkələrin hasilatın azaldılmasına dair razılaşmanın müddətini daha 9 ay uzatmaq qərarına rəğmən xammalın qiyməti 5 faiz düşüb.

Vyanada görüşən OPEC və qeyri-OPEC ölkələrinin nümayəndələri neft qiymətlərinin ən azı sabit saxlanması və qaldırılması məqsədilə neft hasılatının ixtisarını 2018-ci ilin martınadək uzatmaq barədə razılaşma əldə ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

Lakin neft ekspertləri deyirlər ki, investorlar neft hasilatçılarından daha radikal addımlar gözləyirdilər.

Nəticədə hətta razılaşmanın əldə edilməsinə baxmayaraq, Brent mrkalı neftin qiyməti 2, 60 dollar ucuzlaşaraq bir barrel üçün 51, 36 dollar olub. Amerika neftinin qiyməti 2, 58 dollar düşüb və indi bir barrel üçün 48, 78 dollardır.

Vyana görüşünə neft qiymətlərinin qalxmasında ən çox maraqlı olan iki ölkənin nümayəndələri – Səudiyyə Ərəbistanının və Rusiyanın enerji nazirləri Xaled əl-Falih və Aleksandr Novak sədrlik edirdilər.

Əl-Falih deyib ki, neft hasilatını daha dərindən ixtisar etmək məsələsi də müzakklirə olunub lakin razılığa gəlinməyib.

OPEC və Rusiya və Azərbaycan da daxil daha 11 neft ixrac edən ölkə hasilatın ixtisarı barıədə ilk dəfə ötən ilin dekabrında razılığa gəlmişdilər.

Neft hasilatı ötən müddətdə günə 1, 8 milyon barrel ixtisar olunub ki, bu da qlobal neft ixracatının 2 faizini təşkil edir.

Neft analitikləri OPEC-i daha böyük hasilat ixtisarına getmədiyinə görə tənqid edirlər.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button