Xəbərlər

Overçuk Bakıdadır, Soçi görüşünə hazırlıq başlayıb

Loading...

Bakı/24.11.21 Noyabrın 24-də dövlət başçısı İlham Əliyev RF baş nazirinin müavini Aleksey Overçuku qəbul edib. Rəsmi məlumatda görüşün mövzusu açıqlanmır.

Amma söhbətin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin noyabrın 26-da Soçidə keçiriləcək üçtərəfli görüşünə həsr olunduğu şübhə doğurmur. Tərəflər bu görüşə qədər Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası və münaqişənin sülh yolu ilə həlli prinsiplərinə dair təkliflər hazırlamalıdırlar.

Üçtərəfli komissiyada Overçuk Rusiya tərəfinə, görüşdə iştirak edən baş nazir müavini Şahin Mustafayev isə Azərbaycan tərəfinə rəhbərlik edir. Onun görüşdə iştirakı görüş mövzusunun məhz Qarabağ olduğunu bir daha təsdiq edir.

İlkin olaraq tərəflər noyabrın 9-da görüşmək barədə razılıq əldə ediblər, burada əldə edilmiş razılaşmalar təsdiq edilməli idi. Amma son anda Nikol Paşinyan erməni əsirlərin azad edilməsi məsələsi həll edilmədiyi üçün bu addımı atmayacağını bəyan edib.

Göründüyü qədər, Overçukun hazırki səfəri 26 noyabr görüş gününün gündəliyinin yekun olaraq razılaşdırılması məqsədinə xidmət edir. Onun Bakıdan Nikol Paşinyanla görüş keçirmək üçün Yerevana gedəcəyi istisna deyil. -02B-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button