2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Övladlarını müalicə etdirmək istəyən valideynlər aldadıldıqlarını deyirlər

Nuridə Seyidova adlı şəxsə 304 min dollar ödənildiyi bildirilir

 “Biz 18 nəfər xəstə valideyni övladlarımızın Türkiyədə təcili əməliyyat olması üçün Antalyada yerləşən “Medical Park” xəstəxanası ilə əlaqə saxladıq. Xəstəxananın əməkdaşı, əslən azərbaycanlı olan Aynur xanım bildirdi ki, Bakıda belə xəstələri Türkiyəyə müalicəyə göndərən “Urmedhelp” MMC-nin direktoru Nuridə Seyidova ilə əlaqə saxlaya bilərik. O, xəstələrin həmin klinikaya göndərilməsi ilə məşğul olacaq. Amma aldadıldıq”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu Meydan TV-yə Şəki rayon sakini Vüqar İsayev bildirib. Vüqar İsayevin sözlərinə görə, övladı talassemiyadan əziyyət çəkir. Digər uşaqlar da Hemotologiya Mərkəzində qan xəstəsi kimi qeydiyyatdadılar.

Biz Nuridə Seyidova ilə ayrı-ayrılıqda onun Nizami rayonu, Heydər Əliyev prospekti 152 ünvanında yerləşən “Çinar Plaza”daki ofisində görüşdük. Bizimlə müqavilə bağlandı, göstərilən xidməthaqqının dollarla ödənilməsini istədi. Dedi ki, cərrahi əməliyyatın əsas hissəsini xəstəxana rəhbərliyinə Avropa ölkələrində olan donor təşkilatları kömək edəcəklər”, – şikayətçi bildirib.

Vüqar İsayev deyir ki, ona ilik transplantasiyası üçün tələb olunan laborator müayinələr, donor xərci, cərrahi əməliyyat və digər xərcləri qarşılamaq üçün tələb olunan pulun sponsorlar tərəfindən ödəniləcəyi bildirilib. Ona görə də 70 min dollar əvəzinə 20 min dolları Nuridə Seyidovaya ödəyib:

Dedi ki, sentyabrın əvvəlində xəstəniz Antaliyada olacaq və əməliyyata götürüləcək. Mənimlə bərabər digər xəstənin müalicəsi üçün ona 12 min dollar ödənilib. Həmçinin Qəbələdən iki uşağı gətirmiş valideyndən 35 min dollar alınıb”.

Şikayətçilərin sözlərinə görə, pullarının geri alınması üçün “My Doc Tour” MMC-nin və “Urmedhelp” MMC-nin direktoru olan Nuridə Seyidova barəsində hüquq-mühafizə orqanlarına şikayət ediblər. Artıq araşdırmalara başlanılıb.

Şikayətçilər onu da söyləyiblər ki, Nuridə Seyidovaya 1 ildən artıq vaxt ərzində 304 min dollar ödənilib. Son 1 il 4 ay ərzində xəstələr Türkiyəyə əməliyyata göndərilməyiblər. Vasitəçi, xəstəxananın əməkdaşı olan Aynur şirkət tərəfindən “Medical Park”ın, nə də Samsundakı xəstəxananın hesabına pul köçürülmədiyini bildirib:

“Vaxt keçir, üstəlik, donorların imtina edəcəyindən narahatıq. Buna görə də pullarımızın təcili geri ödənilməsini tələb edirik”.

Şirkətə məxsus telefonlar söndürülüb. “Urmedhelp” MMC-nin internet səhifəsində göstərilib ki, şirkət bütün dünyadan olan pasiyentlərə ən müasir texnologiyalara çıxış əldə etməkdə kömək edir.

Çox vaxt insanlar müalicəni nədən başlamaqlarını, ixtisaslı mütəxəssis və sınanmış klinikanı necə seçəcəklərini bilmirlər. Bizim vəzifəmiz klinikanın axtarışında insanlara kömək etmək, onların xəstəliklərindən və ya lazım olan prosedurdan asılı olaraq, ən yaxşı mütəxəssislərlə onlayn konsultasiya imkanını təmin etmək, ilk zəngdən reabilitasiyaya qədər pasiyentlərimizə yardımçı olmaqdır”, – səhifədə qeyd edilib. Eyni zamanda, dünyanın müxtəlif ölkəsində müxtəlif xəstəliklərlə bağlı əməkdaşlıq edildiyi də yazılıb. 

Baş Prokurorluqdan münasibət öyrənmək mümkün olmayıb.

The post Övladlarını müalicə etdirmək istəyən valideynlər aldadıldıqlarını deyirlər appeared first on MEYDAN.TV.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button