2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Şou

Pərvin sevgilisindən ayrılma səbəbini açıqladı: “Özünə laiq olanı tapdı”

“Hər zaman sevilən qadın olmuşam. Ölümünə sevilmişəm. Hər zaman məni sevən insanları ağlatmışam. Mənə görə ömür boyu göz yaşı töküblər. Buna baxmayaraq daim xəyanət görmüşəm”.

Bu sözləri aktrisa Pərvin Abıyeva söyləyib.
Həm şəxsi həyatı həm də gələcək planlarından danışan aktrisa qalmaqala səbəb olacaq açıqlamalar verib.
“Bacanaqlar” serialının yeni mövsümündə rol alan Pərvin Abıyeva ilk dəfədir ki, komediya janırında olan bir layihədə iştirak etdiyini qeyd edib. Dram aktrisası olduğu üçün çox vaxt kədərli insan obrazında oynadığını yeni layihədəki rolunun isə tamaşaçılar üçün də bir yenilik olduğunu söyləyib.
“Sırf komediyada özümü sınamaq, bacarığmı artırmaq üçün buradan başlamağı düşündüm”-deyən Pərvin Abıyeva gənc aktrisalardan heç kimi özünə rəqib görmədiyini söyləyib: “Mənim qədər üzdə olan gənc aktrisa yoxdur”.
“Gənc və istedadlı aktrisalarımız əslində çoxdur mən onları tanıyıram.Öz üzərlərində işləsələrdə onları efirlərdə çox görümürəm.Özümə rəqib görə biləcəyim biri yoxdur. İstedadlılar çoxdur. Bəlkə də məndən də istedadlıdırlar. Yaşı kiçik olub sənəti böyük olan insanlarla isə heç vaxt rəqabət aparmıram”.
Bir müddət əvvəl telekanallardan birinə müsahibəsi zamanı tezliklə ailə həyatı quracağını söyləyən Abıyeva toyun baş tutmamamsı səbəblərindən də danışıb. Xəyanətlə qarşılaşdığını, buna görə də ayrılıq qərarı verdiyini söyləyib.
“Elə bir insanlarla mənə xəyanət edilib ki, onlar mənim səviyyəmin yanından belə keçə bilmirlər.Əgər mən səviyyədə bir insanla məni aldatsaydı bu qədər təsirlənməzdim. Sadəcə kişilər nəfslərinə hakim ola bilmir. Əgər sən birini sevirsənsə nəyinki başqa bir insana toxunarsan, hətta onun sənə toxunmasına belə icazə verməzsən”-deyə aktrisa ona xəyanət edən nişanlısından danışıb.
Abıyeva artıq ayrılıq acısı çəkmədiyini, sevdiyi şəxsin etdiyi əməllərlə gözündən düşdüyünü bildirib.
“5 il davam edən bir tanışlığımız var idi. O insan məni sevirdi. Mən onu son iki ildə sevməyə başlamışdım. Fikirləşirdim ki, bu insanın sevgisi müqəddəsdir. İnsan sevdiyi üçün nələr edə bilərsə o, mənim üçün onu etmişdi. Qəbul etdim ki, o, mənə layiq olmayan bir insandır. Özünə layiq olanı tapdı və yoluna davam edir”.(big.az)

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button