Pakistan mətbuatında yer alan xəbərlərə görə, şəhərin Site rayonundakı bir fabrik işçilərin ailələrinə pulsuz ərzaq paylanacağını açıqlayıb.
Qida məhsulları olan bağlamanın paylanmasında təhlükəsizlik tədbirləri görülmədiyi üçün izdihamda 8-i qadın, 3-ü uşaq olmaqla 11 nəfər həyatını itirib, 6 nəfər yaralanıb. Polis paylamanı təşkil edən 7 nəfəri saxlayıb.
Martın 27-də Hayber Paxtunxva və Pəncab əyalətlərində hökumətin pulsuz payladığı un səbəbindən 2-si qadın olmaqla 7 nəfər izdihamda həlak olub.
Tərcümə“24 SAAT”