Xəbərlər

Partiya sədrinin ölkədən çıxışına icazə verilməyib

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən isə bildirilib ki, Anar Əsədlinin barəsində tətbiq olunan bu qərara səbəb iki vətəndaşın dələduzluqla bağlı onlara  şikayətdir

Azərbaycan Yüksəliş (AY) Partiyasının başqanı Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyulduğu bildirilir.

Bu barədə Əsədlinin özü məlumat verib.

Partiya rəhbərinin sözlərinə görə, bugün, noyabrın 18-də Ankaraya səfəri olub, lakin onun ölkədən çıxışına Daxili Işlər Nazirliyi qanunsuz olaraq qadağa qoyub:

“Hal-hazırda Heydər Əliyev adına hava limanındayam. Məsələ ilə bağlı Daxili Işlər Nazirliyinin rəhbərliyi məlumatlandırılıb. Əgər bu anlaşılmazlıq qısa zamanda ortadan qaldırılmasa o zaman xalqımıza, media nümayəndələrinə və beynəlxalq ictumaiyyətə geniş məlumat veriləcək”.

DİN-dən deyilir ki…

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən isə “Turan” İnformasiya Agentliyinə bildirilib ki, Anar Əsədlinin barəsində tətbiq olunan bu qərara səbəb iki vətəndaşın dələduzluqla bağlı onlara şikayətdir.

Nazirliyin açıqlamasına görə, Anar Əsədli yalan vədlər verərək onların birindən 150 min, digərindən isə 10 min ABŞ dolları pullarını alaraq mənimsəməkdə günahlandırılır.

DİN-dən habelə qeyd olunub ki, hazırda hər iki müraciətlə bağlı Daxili İşlər Nazirliyində araşdırma aparılır:

“A.Əsədlinin ölkəni tərk etməsinə qoyulan məhdudiyyət də məhz bu araşdırmalarla əlaqədardır”.

Anar Əsədli isə öz növbəsində bu ittihamları qəbul etmədiyini bildirib:

“Pulu mənimsəmişəmsə cinayət işi və məhkəmə qərarı hanı? Bu, siyasi sifarişdir və bizim fəaliyyətimizlə bağlıdır”.

Oktyabrın sonunda Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmışdı. Partiyanın mətbuat xidmətinin yaydığı məlumatına görə, buna səbəb Əsədli barəsində edilən şikayət göstərilib.

Azərbaycan Yüksəliş Partiyası 2020-ci ildə yaradılıb. Bir il sonra dövlət qeydiyyatına alınıb.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Putin Əliyevə zəng edib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button