2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SiyasətXəbərlər

Paşinyan minalanmış ərazilərin xəritələrinin saxlanılan ermənilərlə dəyişdirilməsini təklif edir

Bakı/04.10.21 Ermənistan əsirlərin müqabilində Azərbaycana minalanmış ərazilərin xəritələrini təqdim etməyə hazırdır. Bu barədə bazar günü Litvada səfərdə olan baş nazir Nikol Paşinyan bildirib.

Azərbaycan prezidentinin Ermənistanın baş naziri ilə görüşməyə hazır olduğuna dair bəyanatını şərh edən Paşinyan deyib: “Qarşıda ehtimal edilən görüşdə Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin ayırmadığı, yəni onlar Azərbaycan Silahlı Qüvvələrinin arxa cəbhəsində olduğundan praktiki hərbi əhəmiyyət daşımayan yerlərin xəritələrini özümlə götürməyə hazıram. Mən də Azərbaycan prezidentini bütün əsirlərimizi özüylə gətirməyə çağırıram”.

Bakının

Saytların yığılması Saytlarin yigilmasi

Əvvəllər təqdim edilmiş minalanmış xəritələrin reallığa uyğun gəlməməsi barədə Bakının bəyanatını şərh edən Paşinyan etiraf edib ki, onlar qeyri-dəqiq ola bilər. “Biz əlimizdə olan xəritələri verdik və digər xəritələr, artıq verdiyimiz ərazilərin xəritələrini nəzərdə tuturam, onlar sadəcə bizdə yoxdur”, –  “Azadlıq “radiosu Paşinyandan  sitat gətirib.

Ermənistan baş nazirinin sözlərindən belə nəticə çıxarmaq olar ki, Ermənistan işğaldan azad edilmiş ərazilərdə minalanmış yerlərin xəritələrini verməyə hazırdır. Eyni zamanda, erməni tərəfi Qarabağda və Ermənistan-Azərbaycan sərhəddində təmas xəttinə aid xəritələri verməyəcək.-02D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button